Modern.az

Dövlət katibi ermənipərəst senatoru SUSDURDU: “Azərbaycana hərbi yardım göstəriləcək”

Dövlət katibi ermənipərəst senatoru SUSDURDU: “Azərbaycana hərbi yardım göstəriləcək”

Dünya

9 İyun 2021, 11:02

“ABŞ Azərbaycana hərbi yardım göstərilməsinin məqsədəuyğunluğunu müzakirə edir”.

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət katibi Entoni Blinken Senatın xarici əlaqələr komitəsinin keçirdiyi dinləmələrdə çıxış edərkən deyib.


“Mən əsirlərin qaytarılması və konfliktin real həlli ilə aktiv şəkildə məşğul oluram. Düşünürəm ki, yaxın vaxtlarda biz yardımın göstərilməsini müzakirə etməliyik”.

 

Xarici əlaqələr komitəsinin sədri, ermənipərəst demokrat senator Robert Menendes administrasiyanın Azərbaycana istisna hal kimi yardım, o cümlədən hərbi dəstək verməsini pisləyib.

Ağ Ev administrasiyası ermənipərəst senatorların müqavimətinə baxmayaraq, Azərbaycanın sərhədlərində təhlükəsizliyin möhkəmləndirilməsi və beynəlxalq terrorizmlə mübarizə çərçivəsində rəsmi Bakıya hərbi dəstəyin verilməsinin önəmli olduğunu açıqlayıb.  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı