Sosial şəbəkələrdə və bəzi KİV-lərdə Xalq artisti, məşhur xanəndə Arif Babayevin səhhətinin ağırlaşdığı üçün təcili olaraq Türkiyəyə aparıldığı barədə xəbərlər yayılıb.
Məsələ ilə bağlı xanəndənin həmkarı, Xalq artisti Mənsum İbrahimov Modern.az-a deyib ki, Arif müəllimin səhhətində hər hansı ciddi bir problem yoxdur:
“Arif müəllimlə 3-4 gündən bir əlaqə saxlayıram. Hazırda Bakıda evindədir, Türkiyəyə aparılması xəbəri də yalandır. Səhhətində hər hansı ciddi problem yoxdur. Türkiyəyə reabilitasiya üçün getməsi planlaşdırılır”.
Humay isgəndərova