Modern.az

“Əlilliyə haqqı olan insanların əlilliyi əlindən alınıb - Cavabını kim verəcək?”

“Əlilliyə haqqı olan insanların əlilliyi əlindən alınıb - Cavabını kim verəcək?”

Hadisə

11 İyun 2021, 12:39

“Əlillik haqqında qanuna dəyişikliklər ilk baxışda forma dəyişikliyi kimi görünsə də, bu model dəyişiliyidir. Burada göstərilən 31-60 faiz heç də üçüncü, 61-80 faiz ikinci dərəcəyə, 81-100 faiz birinci dərəcə əlilliyə müvafiq deyil. Biz daha çox tibbi xarakter daşıyan modeldən, sosial xarakter daşıyan modelə yönəlməliyik”.

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin iclasında deputat Əli Məsimli çıxış edib. O qeyd edib ki, əlilliyi olan şəxslərin müdafiəsi üçün qanundakı işləməyən maddələri hərəkətə gətirmək istiqamətində addımlar atılmalıdır:

“Əlillərin işlə təmin edilməsi, xüsusilə - şəhid ailələri və qazilərin məsələsi istiqamətində addım atılmalıdır.

Saxta əlilliklə bağlı rəqəmlərin müxtəlif olması göstərir ki, nazirliyin özündə bu haqda konkret təsəvvür yoxdur. Saxta əlilliyi alanla saxta əlliyilliyi verən arasında uyğunsuzluq olması həmin maddənin də işləmədiyi anlamına gəlir.

Saxta əlilliklər ləğv olunan zaman xeyli əlilliyə haqqı olan insanın haqqı tapdanıb. Bəzi ailələrdə əlillik müavinətindən başqa heç bir gəlir yoxdur. Bunun cavabını kim verəcək?

Bu məsələni həll etmək üçün qanunda bir maddə var ki, ona istinad edə bilərik. Qanunun monitorinqlərə aid maddəsi işləsə, ictimaiyyətin itirakı ilə monitorinqlərin keçirilməsində hansı tərəfin haqlı, hansının haqsız olması istiqamətində ciddi işlər görülə bilər.

İndi fəaliyyətdə olan əlillik sisteminin maliyyə tutumu nə qədərdir, qəbul olunandan sonra nə qədər olacaq - rəqəmlər obyektiv verilsə, suallara aydınlıq gətiriləcək?”.

Deputat deyib ki, haqları pozulmuş insanlara kompensasiya verilərsə, məsələ həllini tapar.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir