Modern.az

Şərikini öldürməyə cəhd edənin işi MƏHKƏMƏDƏ

Şərikini öldürməyə cəhd edənin işi MƏHKƏMƏDƏ

Aktual

11 İyun 2021, 15:23

2020-ci il avqustun 5-də şəhər sakini Əli Cəfərovun kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Respublika Kliniki Xəstəxanasına yerləşdirilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

 

Yasamal rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, İbrahim Dadaşov şərikli taksi fəaliyyəti ilə məşğul olmaq üçün ona idarəetməyə verilmiş avtomobilin geri tələb edilməsi ilə bağlı aralarında yaranmış mübahisə zamanı tanışı Əli Cəfərovu mətbəx bıçağı ilə vurub xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd edib.

İbrahim Dadaşov Cinayət Məcəlləsinin 29, 120.1-ci (adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır