Ali təhsil müəssisələrinə qəbul imtahanlarının tarixləri elan olunub.
Bu barədə Modern.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının II mərhələsi, əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının I və II mərhələsi, əlavə tədris və xarici dil imtahanlarının aşağıdakı qrafikə uyğun keçirilməsi planlaşdırılır.
S/s | İmtahanın adı | Keçirilmə tarixi |
1. |
- Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;
- Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;
- qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan; - Buraxılış imtahanında üzrlü səbəbdən iştirak edə bilməyən XI sinif şagirdləri üçün buraxılış imtahanı.
|
1 iyul |
2. |
Bakalavriat səviyyəsinə qəbul imtahanı (II mərhələ), 1-ci cəhd:
| |
| III ixtisas qrupu | 14 iyul |
| II qrupu | 15 iyul |
| I ixtisas qrupu | 27 – 28 iyul |
| IV ixtisas qrupu | 28 iyul |
Ali təhsil müəssisələrinə qəbul imtahanlarının 2-ci mərhələsinin 2-ci cəhdinin keçirilib-keçirilməməsi haqqında avqust ayında respublikada mövcud olacaq sanitar-epidemioloji vəziyyətə uyğun olaraq qərar veriləcək.
Fidan İlqar