Modern.az

Rusiyada yanan ev 3 can aldı

Rusiyada yanan ev 3 can aldı

Dünya

13 İyun 2021, 08:30

Rusiyanın Yakutsk şəhərində fərdi yaşayış evinin yanması nəticəsində 3 nəfər ölüb.

 

Modern.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə baş idarəsindən bildirilib.

 

Məlumata görə, Yakutskda evdə baş verən yanğının söndürülməsindən sonra içəridə üç nəfərin qalıqları aşkarlanıb.

 

“Evdə 4 nəfərin olduğu ehtimal edilirdi. 3 nəfərin qalıqları aşkar edildi, hadisə yerinin yoxlanılması davam edir”, - deyə nazirliyin məlumatında deyilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi