Modern.az

Güləşçimiz “Poland Open”də üçüncü oldu

Güləşçimiz “Poland Open”də üçüncü oldu

Aktual

13 İyun 2021, 16:08

Polşanın paytaxtı Varşavada güləş üzrə "Poland Open" turniri davam edir.

 

Modern.az xəbər verir ki, turnirdə 82 kiloqram çəki dərəcəsində iştirak edən yunan-Roma güləşçimiz Rafiq Hüseynov debütdə danimarkalı rəqibinə qalib gəlib.

 

Həmyerlimiz yarımfinalda ukraynalı güləşçiyə minimal fərqlə məğlub olub. R.Hüseynov üçüncü yer uğrunda görüşdə Norveç idmançısına gücünü göstərib. İlk hissədə rəqibini "tuşe" ilə üstələyən R.Hüseynov bürünc medal qazanıb.

 

Qeyd edək ki, turnirdə sərbəst güləşçilərimiz Hacı Əliyev (70 kq) və Hacımurad Hacıyev (74 kq) bürünc, qadın güləşçimiz Mariya Stadnik (50 kq) isə qızıl medal qazanıblar.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır