Modern.az

Çempionlar Liqasında PÜŞKATMA - Bu gün “Neftçi”nin rəqibi bilinəcək

Çempionlar Liqasında PÜŞKATMA - Bu gün “Neftçi”nin rəqibi bilinəcək

Aktual

15 İyun 2021, 11:28

Bu gün UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Modern.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərindəki təşkil olunacaq tədbirdə son Azərbaycan çempionu "Neftçi"nin də rəqibi bəlli olacaq.


UEFA pükşatmadan əvvəl komandaları qruplara bölüb. Səpələnməmişlər səbətində yer alan "ağ-qaralar" "Lüdoqorets" (Bolqarıstan), "Şerif" (Moldova), "Dinamo" (Tbilisi, Gürcüstan) və ya "Kayrat”" (Qazaxıstan) klublarından biri ilə üz-üzə gələ bilər.

Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 6-7-də, cavab görüşləri 13-14-də baş tutacaq.


1-ci təsnifat mərhələsi

Səpələnmişlər: "Dinamo" (Zaqreb, Xorvatiya), "Lüdoqorets" (Bolqarıstan), “Malmö” (İsveç), ÇFR (Rumıniya), "Legiya" (Polşa), "Şerif" (Moldova), “Ferentsvaroş” (Macarıstan), "Şkendiya" (Şimali Makedoniya), "Slovan" (Bratislava, Slovakiya), "Alaşkert" (Ermənistan), "Dinamo" (Tbilisi, Gürcüstan), "Jalgiris" (Litva), "Flora" (Estoniya), "Buduçnost" (Monteneqro), “Kayrat” (Qazaxıstan), "Linkoln" (Cəbəllütariq)


Səpələnməmişlər: "Riqa" (Latviya), HİK (Helsinki, Finlandiya), “Linfild” (Şimali İrlandiya), “Fola Eş” (Lüksemburq), "Şaxtyor" (Soliqorsk, Belarus), "Neftçi" (Azərbaycan), "Makkabi" (Hayfa, İsrail), "Konnas-Ki Nomads" (Uels), "Şemrok Rovers" (İrlandiya), "Valür" (İslandiya), “Bude Qlimt” (Norveç), "Mura" (Sloveniya), "Teuta" (Albaniya), İlkin mərhələnin qalibi, "Borars" (Banya-Luka, Bosniya və Herseqovina), “Hamrun Spartans” (Malta)


Mehri Qurban

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?