Modern.az

Türkiyə - Uels matçı başlayıb

Türkiyə - Uels matçı başlayıb

16 İyun 2021, 20:05

AVRO-2020-də qrup mərhələsinin II turu start götürüb.

 

Modern.az xəbər verir ki, günün ikinci oyunu Bakıda keçirilir.

 

A qrupunda yer alan Türkiyə millisi Bakı Olimpiya Stadionunda Uelslə qarşılaşır. Portuqaliyalı baş hakim Artur Manuel Ribeyro Soares Diasın start fiti ilə qarşılaşma başlayıb.

 

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan matça stadiondan baxırlar. UEFA prezidenti Aleksander Çeferin, AVRO-2020-nin səfiri Luiş Fiqu, həmçinin Türkiyə Super Liqasında çıxış edən bir neçə klubun prezidenti və futbolçuları da oyunu izləyənlər arasındadır.

 

A qrupu
20:00. Türkiyə - Uels
Baş hakim: 
Artur Manuel Ribeyro Soares Dias (Portuqaliya)
Bakı Olimpiya Stadionu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər