Modern.az

Görkəmli həkimlərimiz…

Görkəmli həkimlərimiz…

Aktual

17 İyun 2021, 18:40

İnsan üçün çox qiymətli olan, lakin çox vaxt qayğısına qalmadığı ən böyük sərvət sağlamlıqdır. İnsan sağlamlığının keşiyində isə tibb işçiləri durur. 

2001-ci ildən etibarən Azərbaycanda iyunun 17-si Tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Azərbaycanın çoxlu sayda tanınmış səhiyyə işçiləri olub. Görkəmli həkimlərin adlarını bir-bir sadalasaq, böyük bir siyahı alınar.

Oftalmologiya sahəsində Zərifə Əliyeva, cərrahiyyədə Mustafa Topçubaşovu missal göstərə bilərik.


Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq Aydın Əliyev Modern.az-a ad-san qazanmış Azərbaycan həkimlərindən danışıb.


O qeyd edib ki, hazırda fəaliyyətdə olan həkimlərin adlarını çəkmək çox çətindir:


“Bu barədə danışmaq mənim üçün çətindir. Çünki hazırda fəaliyyətdə olan həkimlərin peşəkarlığı gələcək zamanda bilinəcək.

Keçmişlərdən danışsaq, Mustafa Topçubaşov, Rəhim Rəhimov tibb sahəsində tanınmış alimlər olublar. Onkologiya üzrə Əhliman Əmiraslanov, Cəmil Əliyev, pediatriya üzrə Adilə Namazova, ürək cərrahı Rəşad Mahmudov, Kamran Musayev, kardioloq Firdovsi İbrahimov kimi Azərbaycanın tanınmış, görkəmli səhiyyə işçiləri var”.


Fidan İlqar

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir