Modern.az

UEFA-dan Ronaldonun hərəkətinə reaksiya

UEFA-dan Ronaldonun hərəkətinə reaksiya

Aktual

17 İyun 2021, 21:25

UEFA futbolçulardan rəsmi konfranslar zamanı sponsorların içki şüşələrinə toxunmamağı tələb edib.

 

Modern.az “RİA Novosti”yə istinadla xəbər verir ki, UEFA-nın tədbirlərin təşkili üzrə direktoru Martin Kallen müvafiq tələbin AVRO-2020 komandalarının məşqçi və futbolçu heyətlərinə çatdırıldığını bildirib.

 

O qeyd edib ki, sponsorların gəlirləri turnir və bütövlükdə Avropa futbolu üçün vacibdir.

 

Xatırladaq ki, Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo mətbuat konfransı zamanı masa üzərindəki “Coca-cola” şüşələrini kənara çəkib. O, həmçinin insanları "Coca-cola" içməməyə, adi su içməyə çağırıb.

 

Daha sonra Fransa seçməsinin üzvü Pol Poqba və İtaliya yığmasının yarımmüdafiəçisi Manuel Lokatelli də buna bənzər hərəkətlər ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir