Arxiv
22 İyun 2021, 10:22 | DÜNYA
Bayden, Putin, Ərdoğan görüşləri dünyada nələrə səbəb olacaq…

NATO sammiti və Cenevrə görüşü dünyanın siyasi gündəmini bir neçə gündür məşğul edir. Görüşlərdən sonra siyasi arenada bir xeyli dəyişiklik gözlənilirdi.

 

Dünyanın üç böyük liderinin (Bayden, Ərdoğan, Putin) görüşləri siyasi müstəvidə yeni izlər qoya bildimi?

 

Politoloq Elman Vəliyev Modern.az-a görüşlərin verdiyi siyasi mesajlar, siyasi müstəvidə ola biləcək proseslər barədə danışıb.


Bayden - Ərdoğan görüşünün əhəmiyyəti

Politoloqun sözlərinə görə, Baydenlə Ərdoğanın görüşü Putinə nisbətən daha yumşaq formada keçdi:


“ABŞ Əfqanıstandan qoşunlarını geri çəkdikdən sonra paytaxt Kabil hava limanının müdafiəsini Türkiyə təmin edəcək. Türkiyə bildiyimiz kimi, NATO-da aparıcı qüvvədir. Sammitdə Baydenlə görüş bu mövzuda müzakirə predmetinə çevrildi. Bayden bölgədə bir tərəfdaş kimi Türkiyəni görür. Yəni öz maraqlarını Türkiyə vasitəsilə həyata keçirmək istəyir. ABŞ 1950-ci illərdəki Koreya müharibəsində də Türkiyədən istifadə etmişdi. Türkiyəni NATO-ya daxil etmək üçün müharibəyə qoşun göndərməsini təmin etmişdi. Halbuki, bu müharibənin Türkiyəyə heç bir aidiyyatı yox idi. ABŞ bu gün qoşununu Əfqanistandan geri çəkməsinə baxmayaraq, oraları başqalarına, xüsusilə də Rusiyaya buraxmaq niyyətində deyil. Ən yaxşı alternativ kimi də Türkiyəni görür. Türkiyənin, İranın, Əfqanıstanın xarici işlər nazirləri 20 iyunda Antalya Diplomatiya Formunda Kabil hava limanı ilə bağlı məsələ ortaya qoydu. Biz bununla bağlı deyə bilərik ki, Türkiyə bölgədə bir güc dövlətidir”.


Birləşmiş Millətlər Təşkilatının iclasına kimlər çağırılacaq?

“Çox güman sentyabrda Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının iclası keçiriləcək. Bayden burda təbii ki, bəzi dövlət başçılarına Ağ Evdə görüşmək dəvəti göndərəcək. Cenevrədəki gürüşə Bayden Putini dəvət etmədi.
Hiss olunduğu kimi, NATO-dakı Ərdoğanla-Bayden görüşü müsbət keçdi. Bayden Ərdoğanı dəvət edərsə, Türkiyənin Amerikanın maraqlarını təmin etdiyini deyə bilərik. Bundan başqa, Türkiyə tərəfi bəzi kompromislərə getməlidir. Türkiyə yumşaq siyasət yeritməklə bölgədə gücünü artıra bilər”.

 

Siyasi arenaya Böyük Britaniya yenidən qoşulur?

“Digər bir məsələ isə Baydenin Avropa səfəri zamanı Böyük Britaniya Baş naziri Boris Consonla görüşü idi. Bu görüşdə hər iki tərəf yeni bir “Atlantika xartiyası” imzaladırlar. Britaniya Avropa Birliyindən ayrıldıqdan sonra bir müddət siyasətdən kənar durmuş kimi görünürdü. Amma indi aşkar formada öz maraqlarını təmin etməyə çalışır.

 ABŞ Əfqanısandan geri çəkilməyə başlarkən Suriya və İraqın bəzi hissələrindən də geri çəkilməsi haqqında məlumat var. Bayden yaxşı bilir ki, illərdi dünyanın bir çox yerində mübarizə Amerika üçün baha başa gəlir. Ən çox xarici borucu olan dövlət məhz elə Amerikanın özüdür. Bayden çalışır ki, maraqlarını başqalarının əli ilə az xərclə təmin etsin. Xartiya imzaladıqdan sonra ingilis döyüş təyyarələrinin Suriyada, İraqda İŞİD-ə qarşı mübarizədə daha aktiv olacağı bildirilir. Bu göstərir ki, Britaniyanı artıq meydanlarda daha tez-tez görəcəyik. Eyni zamanda, Baydenin Consonu Ağ evə dəvət etməyi də bundan xəbər verə bilər”.


Bayden-Putin görüşündən sonra vəziyyət

 

“Ən mühüm məsələlərdən ilklərdə dayanan Cenevrədə Baydenlə Putinin görüşüdür. Baydenin inauqurasiyasından sonra Putinlə münasibətlər kəskinləşdi. Ancaq sonra anladı ki, bu gərginliyin daha da artması öz əleyhinə gedir. Rusiya Çinlə yaxınlaşmaya başladı ki, bu da ABŞ üçün yaxşı hal deyil. Ancaq buna baxmayaraq, Bayden Rusiyanın güclənməsini istəmir. Görüş zamanı da bu büruzə verilirdi. Tərəflər arasında Ukrayna məsələsi müzakirə olundu. Qərb və ABŞ Ukraynanı NATO-ya üzv etmək istəyir. Biz bunu daha əvvəl Belarus məsələsində görmüşdük, ancaq Rusiya Lukaşenkoya dəstək verərək, planları puç etdi. Rusiya yaxşı bilir ki, Ukrayna ilə aranı buzlaşdırsa, bundan istifadə edəcəklər. Məhz bu üzdən Donbasda baş verən müharibə sitüasiyasında güzəştə getdi. Bayden Putinə Donbas məsələsini “Minsk razılığı” əsasında həll etməyin tərəfdarı olduğunu bildirdi. Bu razılaşma 2014-cü il Krım münaqişəsindən sonra prosesləri razılıq əsasında həll etmək üçün əldə olunmuşdu. Razılaşmaya görə, bölgədə atəşkəs qurulacaq, məhbus mübadiləsi aparılacaq, Kiyev rəhbərliyi mərkəzi gücünü azaldacaq, yerli hökumətlərin səlahiyyətlərini artıracaq və Donbasa xüsusi status verilərək konstitusiya dəyişiklik ediləcək. Lakin razılaşmaların həyata keçirilməsindən bu günə qədər iki tərəfin atəşkəsi pozduğuna dair ittihamlar maneə olub. Ukrayna kartından Rusiyaya qarşı daim bir vasitə kimi istifadə edirlər. Qərb və ABŞ səy göstərir ki, Rusiyanın caynaqları altında olanları özlərinə yaxınlaşdıraraq, asılılıqdan çıxarsınlar. Ukrayna tərəfi də qərbə meyllidir, meydanda tək qalmasından (necə ki 2014-cü ildə tək qoyduqları kimi) ehtiyat edir. Zənn etmək olar ki, Amerika bundan sonra əsas Çin təhlükəsini hiss edəcək və buna uyğun addımlar atmağa çalışacaq”.


Aysel Məhərrəm

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Marmaris bələdiyyəsi Azərbaycana təşəkkür etdi 31 İyul 2021, 19:25 Bitkoinin qiyməti 42 min dollara çatdı 31 İyul 2021, 19:20 Bakıda Reza Deqatinin sərgisi təşkil olundu - FOTOLAR 31 İyul 2021, 19:10 Həbsdən çıxanlar özünüməşğulluq proqramına cəlb edilir 31 İyul 2021, 19:00 Mehriban Əliyeva “Yüksəliş” müsabiqəsinin qaliblərini TƏBRİK ETDİ 31 İyul 2021, 18:34 Azərbaycan-İsrail iqtisadi əlaqələri genişlənir - FOTO   31 İyul 2021, 18:20 FHN-nin növbəti qrupu Türkiyəyə yola düşür - VİDEO 31 İyul 2021, 18:11 “Belə zamanlarda qardaşlığa çox ehtiyac duyulur” - Ərdoğan 31 İyul 2021, 18:02 Yoluxma sayı açıqlandı - 1 nəfər vəfat edib 31 İyul 2021, 17:50 FHN əməkdaşları Türkiyədə dəhşətli anlar yaşadı - VİDEO 31 İyul 2021, 17:35 BMT-dən aclıq fəlakəti ilə bağlı xəbərdarlıq   31 İyul 2021, 17:27 Eldəniz Səlimovun polis haqqında dedikləri... 31 İyul 2021, 17:05 Bakıda 546 küçə dezinfeksiya edilib 31 İyul 2021, 16:57 Flora Kərimova Prezidentə hərbi salam verdi - “Sizi sevirəm” 31 İyul 2021, 16:48 Keniyalı atletdə dopinq aşkarlandı 31 İyul 2021, 16:23 Hərbçilər üçün konsert verilib - FOTOLAR 31 İyul 2021, 16:14 Nazirlik: Neft ixracı azalıb   31 İyul 2021, 16:05 Həlak olan əsgərimizin FOTOSU 31 İyul 2021, 15:51 Tokio-2020: Futbol yarışlarında ilk yarımfinalçı bəlli oldu 31 İyul 2021, 15:43 Azərbaycan Ordusunun əsgəri həlak oldu  31 İyul 2021, 15:35 Doktoranturaya sənəd qəbulu başa çatır 31 İyul 2021, 15:32 Qeyri-neft məhsullarının ixrac olunduğu əsas ölkələr   31 İyul 2021, 15:29 Qadınların da olduğu narkotik şəbəkəsi ifşa edildi 31 İyul 2021, 15:08 Əfqanıstanda 60 nəfər selin qurbanı oldu 31 İyul 2021, 15:00 Bodrumda daha bir meşə yanğını 31 İyul 2021, 14:52 İranda bir gündə 286 nəfər COVID-19-dan öldü 31 İyul 2021, 14:44 FHN-də yanğınla bağlı müşavirə keçirildi 31 İyul 2021, 14:37 56 cinayətin üstü “isti izlər”lə açıldı 31 İyul 2021, 14:30 İlham Əliyev İsveçrə Prezidentinə məktub göndərdi 31 İyul 2021, 14:25 Onlayn "patı" satan şəxs saxlanıldı - VİDEO 31 İyul 2021, 14:23 53 deputatdan Eldəniz Səlimovla bağlı spikerə MÜRACİƏT 31 İyul 2021, 14:22 Eldəniz Səlimov yoxa çıxıb - Deputatlar da onu tapa bilmir 31 İyul 2021, 14:19 ADU-da Pakistan Mədəniyyət Mərkəzi açıldı - FOTOLAR 31 İyul 2021, 14:16 Ermənistanın növbəti yalanı: MN açıqlama yaydı 31 İyul 2021, 14:09 Xaricdə təhsil almış məzunlar Ağdama gediblər 31 İyul 2021, 14:02