Arxiv
14 İyul 2021, 08:56 | ANALİTİKA
Overçuku indi Bakıya gətirən SƏBƏBLƏR

İlham Əliyev Rusiya baş nazirinin müavini, kommunikasiyanın bərpası üzrə üçtərəfli işçi qrupun həmsədri Aleksey Overçuku qəbul etdi. Əsas müzakirə mövzusu təbii ki, Ermənistan tərəfindən sərhəd məsələsinə görə birtərəfli qaydada dayandırılan üçtərəfli işçi qrupunun fəaliyyətinin bərpasıdır.

Üçtərəfli işçi qrupunun fəaliyyətinin bərpası ilə bağlı razılıq əldə olunub, lakin bu, yalnız Ermənistanda hökumət formalaşdırıldıqdan sonra mümkün olacaq. O zaman sual yaranır: Overçuk niyə indi Bakıya gəlib və onu gətirən səbəblər nədir?

  • 1. Moskvada Putin-Paşinyan görüşündə üçtərəfli razılaşmaların icrası ilə bağlı konkret müzakirələr aparılıb və mümkündür ki, Overçuk detalları Bakıya təqdim edir;

  • 2. Rusiya üçüncü qüvvələrin müdaxiləsinə imkan yaratmamaq üçün üçtərəfli razılaşmaların icrasına, xüsusilə kommunikasiyanın bərpasına tələsir və Ermənistanda hökumət formalaşan kimi konkret nəticələr əldə etmək niyyətindədir: Putin Paşinyanla müzakirədən sonra Əliyevlə canlı təmasda detalları dəqiqləşdirir;

  • 3. Rusiyanın kommunikasiyanın sürətli bərpasında əsas hədəfi Ermənistanla quru əlaqədə Gürcüstan marşrutuna alternativ əldə etməkdir: ruslar üçün əsas alternativ marşrutun Qazax-İcevan yolu olduğu görünür, üçtərəfli işçi qrupu çərçivəsində müzakirə olunan mövzulardan biri də budur; istisna deyil ki, Rusiya bu marşrutun daha tez açılmasında maraqlıdır və Overçukun Bakıya qədər gəlməsinin səbəblərindən biri də bu ola bilər;

  • 4. Burada əsas həll edilməli məsələ Qazaxın işğal altında qalan 7 kəndinin taleyidir, çünki adıçəkilən yol Bərxudarlı üzərindən keçir və bu kommunikasiyanın bərpası üçün öncə həmin kəndlərin taleyi həll edilməlidir, Bakının əsas tələbinin də bu olduğu ehtimalı böyükdür: üçtərəfli işçi qrupunun Ermənistan tərəfdən olan həmsədri Mher Qriqoryan dünən (13 iyul) erməni mediasında müsahibəsində bildirdi ki, “Tavuş (Qazax istiqaməti) bölgəsində dəmiryolu və avtomobil yolunun bərpası gündəmdədir”; Overçukun Bakı səfərində mümkündür ki, kəndlərin taleyi ilə bağlı detallar da müzakirə olunub.

  • Gözləniləndir ki, Paşinyanın Moskva səfərindən sonra İlham Əliyevlə Putinin də görüşü keçirilsin. Məqsəd Ermənistanda hökumət formalaşandan sonra Moskvada mümkün üçtərəfli görüşə hazırlaşmaqdır və istisna deyil ki, Overçukun indi Bakıya səfərinin əsas məqsədi də Əliyevin proseslərlə bağlı mövqeyini dəqiqləşdirməkdir.



    Asif Nərimanlı

     

    BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
    + Arxiv
    “Bakcell”dən “Pulsuz zəng” adlı yeni məhsul 16 Sentyabr 2021, 15:10 Baş nazirdən un və buğdanın qiymətilə bağlı yeni QƏRAR 16 Sentyabr 2021, 15:05 QHT-lərin fəaliyyətini tənzimləyən qanunlara dəyişiklik ediləcək 16 Sentyabr 2021, 15:00 Rusiyada TƏXRİBAT: Qarabağda ölən ermənilərə abidə qoydular - Deputat etiraz etdi 16 Sentyabr 2021, 14:56 “ABŞ səfiri tutduğu vəzifəyə hörmətsizlik edir” – Komitə sədri 16 Sentyabr 2021, 14:55 Rüstəm Xəlilov şəhid ailələrini və qaziləri ziyarət edib - FOTOLAR 16 Sentyabr 2021, 14:52 Prezident Eldar Məmmədəliyevlə bağlı sərəncam İMZALADI 16 Sentyabr 2021, 14:48 Ermənistan prezidenti Fransaya getdi 16 Sentyabr 2021, 14:42 “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik ediləcək 16 Sentyabr 2021, 14:36 Səyyad Əlizadənin bacısı Prezidentə və birinci xanıma müraciət etdi - VİDEO 16 Sentyabr 2021, 14:31 Direktorun əmlakına həbs qoyuldu 16 Sentyabr 2021, 14:30 Qərbi Azərbaycanda xüsusi əməliyyat: 30 girov xilas olundu 16 Sentyabr 2021, 14:26 Ermənistanın dağıtdığı 45 məktəbdən 36-sı təmir olunub 16 Sentyabr 2021, 14:22 Qorillalar koronavirusa yoluxdu 16 Sentyabr 2021, 14:18 Universitet tələbələri üçün yeni sistem yaradıldı 16 Sentyabr 2021, 14:14 Prezident fərman İMZALADI 16 Sentyabr 2021, 14:08 Hökumət Tural Abbaslıya təzminat ödəyəcək 16 Sentyabr 2021, 14:02 “Orada insanlar oğurlanır, qətlə yetirilir” – Səfir 16 Sentyabr 2021, 13:56 Cavanşir Paşazadə: “İranla əlaqələrimizi pozmağa çalışırlar” 16 Sentyabr 2021, 13:50 ÜST-dən Azərbaycan əhalisinə MÜRACİƏT: “Peyvənd kifayət deyil” 16 Sentyabr 2021, 13:44 Tənəffüs vaxtı şagirdlərə bunu etməyə icazə verilməyəcək 16 Sentyabr 2021, 13:38 Azərbaycanda “Mu” ştammına yoluxan var? - ÜST açıqladı 16 Sentyabr 2021, 13:34 Məzahir Əfəndiyev seçicilərlə görüşdü - FOTO 16 Sentyabr 2021, 13:30 İcra başçısı və deputat Şəhidlərin məzarlarını ziyarət edib - FOTOLAR 16 Sentyabr 2021, 13:26 Nazirlik rəsmisi: “COVID-19 xəbərlərinə fasilə verin” 16 Sentyabr 2021, 13:26 İran sürücüləri Azərbaycana rüsum ödəməmək üçün alternativ yol axtarır 16 Sentyabr 2021, 13:23 Rəsmi Bakı fransalı meri “qara siyahı”ya salır 16 Sentyabr 2021, 13:18 Prezidentin köməkçisi yenidən İran səfiri ilə görüşdü 16 Sentyabr 2021, 13:12 Valideynlər məktəbə buraxılmayacaq 16 Sentyabr 2021, 13:06 Bakıda yağış, rayonlara dolu yağacaq 16 Sentyabr 2021, 13:00 “Niderland parlamentində azərbaycanlıları da görə biləcəyik” - MÜSAHİBƏ 16 Sentyabr 2021, 12:54 Xarkovda Nizami Gəncəvinin abidəsi ucaldıldı 16 Sentyabr 2021, 12:48 Azərbaycanlı iqtisadçı: “Qarabağ ermənilərinə işıq, qaz, su verək, pensiya ayıraq!” - Mübahisəli TƏKLİF 16 Sentyabr 2021, 12:42 Sabiq icra başçısı ürəyindən əməliyyat olundu 16 Sentyabr 2021, 12:36 Çində vaksin vurduranların sayı 1 milyardı ötdü 16 Sentyabr 2021, 12:30
    SORĞU Hansı vaksinə etibar edirsiniz?