Modern.az

Prezident Goranboy və Naftalana pul ayırdı

Prezident Goranboy və Naftalana pul ayırdı

23 İyul 2021, 14:40

Prezident İlham Əliyev Goranboy rayonunun Dəliməmmədli–Düzqışlaq–Bağçakürd–Dəyirmanlar–Azad–Nizami avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

 

Modern.az xəbər verir ki, sərəncama əsasən on dörd min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Dəliməmmədli–Düzqışlaq–Bağçakürd–Dəyirmanlar–Azad–Nizami avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3 milyon manat ayrılıb.

 

Həmçinin, dövlət başçısı Naftalan şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

 

Sərəncamla Naftalan şəhərində avtomobil yollarının əsaslı təmiri məqsədilə 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,0 (üç) milyon manat ayrılıb.

 

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir