Modern.az

Vaqif Axundovun bacısı oğlu saxlanıldı

Vaqif Axundovun bacısı oğlu saxlanıldı

23 İyul 2021, 20:54

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin rəisi, polkovnik Vüsal Babayev rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.

 

Modern.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, o, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən keçirilən əməliyyatla tutulub. 

 

Qeyd edək ki, V.Babayev sözügedən vəzifəyə 2018-ci ildə təyin olunub. Həbs edilən polkovnik Xüsusi Dövlət Mühafizəsi Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundovun bacısı oğludur.

 

Xatırladaq ki, Vüsal Babayevin saxlanılması ilə bağlı ilk xəbəri gününsesi.info yazıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır