Modern.az

13 yaşında Olimpiya çempionu oldu

13 yaşında Olimpiya çempionu oldu

Dünya

26 İyul 2021, 10:09

Tokio Yay Olimpiya Oyunları davam edir.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 13 yaşlı yaponiyalı skeytbordçu Momidzi Nisiya “strit” idman dövündə qızıl medal qazanıb.

 

Yaşı 13 il 330 gün təşkil edən idmançı tarixdə Olimpiya qızılı qazanmış ikinci ən gənc idmançı olub. Rekord isə 1936-cı il Berlin Olimpiya Oyunlarında suya tullanma yarışlarında Marcori Qestrinqə məxsusdur. Qalib gələn zaman amerikalının yaşı 13 il 268 gün təşkil edib.

 

Skeytbordinq yarışları tarixdə ilk dəfə Olimpiya Oyunlarına daxil edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır