Modern.az

COVID pasportu olmayanlar şadlıq sarayına buraxılmadı

COVID pasportu olmayanlar şadlıq sarayına buraxılmadı

Aktual

27 İyul 2021, 16:30

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şadlıq saraylarında təşkil edilən toy mərasimlərində keçirilən yoxlamalar zamanı qonaqlardan bəzilərinin COVID-19 pasportu olmadığı müəyyən edilib.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, “Ağ saray”, “İnci”, “Ümid” və “Səma” şadlıq saraylarında mərasimə dəvət edilən qonaqlardan 50-sinin “COVID” pasportu olmadığı üçün onların saraya girişinə icazə verilməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü