Modern.az

Qonşu ölkədə daha 303 nəfər virusdan öldü

Qonşu ölkədə daha 303 nəfər virusdan öldü

Aktual

28 İyul 2021, 13:50

İranda ötən sutka ərzində 303 nəfər koronavirusdan (COVID-19) ölüb.

 

Modern.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

 

Bununla da İranda bu virusdan ölənlərin sayı 89 782 nəfərə yüksəlib.

 

İranda ötən 24 saat ərzində 33 817 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 3 792 014 nəfərə çatıb. Virus daşıyıcılarından 5 205 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

 

Ölkədə indiyədək 3 310 163 nəfər koronavirusdan sağalıb, 25,7 milyondan çox diaqnoz testi həyata keçirilib.

 

Ümumilikdə, İranda təxminən 11,4 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 8,84 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2,55 milyon təşkil edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar