Arxiv
28 İyul 2021, 20:48 | AKTUAL
Nazir Bakını tərk edən diplomatla görüşdü - FOTO

2021-ci ilin 28 iyul tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və YUNİSEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardinin diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.

 

Bu barədə Modern.az-a Xarici İşlər Nazirliyiinin mətbuat xidməti idarəsindən bildirilib.



Məlumata görə, Nazir Ceyhun Bayramov Edvard Karvardinin ölkəmizdə diplomatik fəaliyyətini yüksək dəyərləndirərək, YUNİSEF ilə münasibətlərin inkişaf etdirilməsinə verdiyi töhfəyə görə təşəkkürünü bildirdi və gələcək fəaliyyətində ona uğurlar arzu edib.



Edvard Karvardin Azərbaycan və YUNİSEF arasında bir çox sahələrdə əlaqələrin cari vəziyyəti və inkişaf perspektivlərinə toxundu, ölkəmizdə həyata keçirilən layihələrdən danışdı, o cümlədən təhsil sahəsində uğurlu əməkdaşlığın həyata keçirilməsindən bəhs edib.



Nazir Ceyhun Bayramov qarşı tərəfə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti nəticələrindən, o cümlədən dinc azərbaycanlı sakinlərin, evlərin, məktəblərin və digər mülki obyektlərin məqsədli şəkildə hədəfə alınmasından danışdı. O, işğaldan azad olunmuş ərazilərdəki dağıntıların miqyası, mədəni və dini abidələrə dəymiş ziyan, mina təhlükəsi, sərhəd məntəqəsində gərginliyin səbəbləri, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidən quruculuq işləri barədə ətraflı məlumat verdi. Nazir Ermənistanın mina xəritələrin təqdim etməsinin ərazilərin minalardan təmizlənməsini sürətləndirməklə yanaşı, bərpa və yenidənqurma işlərinin tez bir zamanda həyata keçirilməsinə də müsbət təsir göstərəcəyini bildirdi. Bunun öz növbəsində, məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı prosesinə və infrastruktur layihələrinin reallaşmasına təkan verəcəyini bildirdi.



Edvard Karvardin azad olunmuş ərazilərə səfər edərkən orada dağıntıların miqyasının şahidi olduğunu bildirdi. Münaqişə nəticəsində ailələrə və uşaqlara dəyən ziyandan məyusluğunu ifadə etdi. Həmçinin o, azad edilmiş ərazilərdə həyata keçirilən yenidən qurma və bərpa işlərinin şahidi olduğunu və bu xüsusda, ailələrin öz doğma yurdlarına tezliklə geri dönəcəyinə ümidvar olduğunu bildirdi.



Edvard Karvardin Azərbaycanı ən xoş arzularla tərk etdiyini bildirdi və ölkəmiz ilə bağlı xoş təəssüratlarının daima xatirində qalacağını qeyd etdi.



Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Nigeriyada terrorçular əsgərlərə hücum etdi: Onlarla ölü var 26 Sentyabr 2021, 00:10 Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov məğlub oldu 25 Sentyabr 2021, 23:43 Türkiyə əhalisinin 70%-ə yaxını tam peyvəndlənib 25 Sentyabr 2021, 23:32 Ağcabədidə ev yandı 25 Sentyabr 2021, 23:10 Ceyhun Bayramov bu ölkələrdən olan həmkarları ilə görüşdü 25 Sentyabr 2021, 22:50 Mahir Emreli "Legiya"da növbəti qolunu vurdu 25 Sentyabr 2021, 22:47 “Şəhid əmanətləri Şuşada” layihəsinə start verildi - FOTOLAR 25 Sentyabr 2021, 22:31 XİN başçısı BQXK rəhbərinə mina təhlükəsi barədə məlumat verdi 25 Sentyabr 2021, 22:15 Ceyhun Bayramov serbiyalı həmkarı ilə görüşdü 25 Sentyabr 2021, 22:12 Bakıda mənzildə qadın meyiti aşkarlandı 25 Sentyabr 2021, 22:10 Şimal zonasına yağış yağacaq, çaylarda daşqın olacaq 25 Sentyabr 2021, 22:02 “Çelsi” “Maçester Siti”yə məğlub oldu 25 Sentyabr 2021, 21:55 “Taliban”ın tanınması müzakirə mövzusu deyil” – Lavrov 25 Sentyabr 2021, 21:49 Göyçayda minik avtomobili yandı 25 Sentyabr 2021, 21:35 Premyer Liqa: “Zirə” “Səbail”ə qalib gəldi 25 Sentyabr 2021, 21:12 Azərbaycan və Türkiyə arasında daha bir memorandum imzalandı 25 Sentyabr 2021, 20:59 Anım günü ilə əlaqədar bu avtobusların hərəkət sxemi dəyişdirilir 25 Sentyabr 2021, 20:51 Cüdoçumuz Xorvatiyada qızıl medal qazandı 25 Sentyabr 2021, 20:36 Ceyhun Bayramov Qoşulmama Hərəkatının nümayəndələri ilə görüşdü 25 Sentyabr 2021, 20:20 “Şair Sabir” gəmisi yenidən xarici sulara yola salındı 25 Sentyabr 2021, 20:03 Ermənistan ordusuna köhnə raketlər satan keçmiş zabit həbs edildi 25 Sentyabr 2021, 19:43 Putin Lukaşenko ilə görüşəcək 25 Sentyabr 2021, 19:30 "Səbail" - "Zirə" oyununda Vətən müharibəsinin ildönümü yad edildi 25 Sentyabr 2021, 19:19 Polis Qaxda şəhid ailələrini ziyarət etdi 25 Sentyabr 2021, 19:11 “Qarabağ”-“Keşlə” oyunu bərabərə bitdi 25 Sentyabr 2021, 19:10 İçərişəhərdə vandalizmə qarşı iməclik - FOTO 25 Sentyabr 2021, 18:56 Mikayıl Cabbarov Alessandro Frakassetti ilə görüşüb 25 Sentyabr 2021, 18:30 Nazir Türk Şurasının baş katibi ilə görüşdü - FOTO 25 Sentyabr 2021, 18:20 Arvadını balta ilə öldürən şəxs Psixiatriya Xəstəxanasına yerləşdirildi 25 Sentyabr 2021, 18:12 Şəhidimizin qardaşı bayrağı dəyişərkən yıxılıb ÖLDÜ 25 Sentyabr 2021, 18:04 Şəhid leytenant: “Əsgərim döyüşdə ola-ola mən hospitala gedə bilmərəm” 25 Sentyabr 2021, 17:57 Müğənni arvadını moteldə öldürməyindən DANIŞDI 25 Sentyabr 2021, 17:50 Bakıda bu yollar iki gün BAĞLI OLACAQ 25 Sentyabr 2021, 17:42 DEPUTAT: “Bu şirkətlər vaksin biznesindən milyardlar qazanırlar” 25 Sentyabr 2021, 17:34 13 restoranın sahibi cərimələndi 25 Sentyabr 2021, 17:27
SORĞU Hansı vaksinə etibar edirsiniz?