Arxiv
29 İyul 2021, 09:46 | AKTUAL
Metrostansiyalarda 10 yeni ventilyator quraşdırıldı - FOTOLAR

Metropoliten sərnişinlərinin təhlükəsizliyinin təmin olunması, daha rahat daşıma şəraitinin yaradılması xeyli dərəcədə ventilyasiya sisteminin səmərəli fəaliyyətindən asılıdır. Buna görə də metroda ventilyasiya qurğularının təkmilləşdirilməsi mütəmadi olaraq aparılır. İstismar müddətini başa vuran tunel və stansiya ventilyatorlarının yeni, daha güclü və məhsuldar son modellərlə əvəz edilməsi, eləcə də istismarda olan nümunələrin modernləşdirilməsi prosesi cari ildə də davam edir.

 

“Bakı Metropoliteni” QSC-dən Modern.az-a verilən məlumata görə, avadanlıqların yenilənməsi istiqamətində görülən tədbirlərin nəticəsi olaraq, 2019-cu ildə Rusiyanın Artyomovsk şəhərində yerləşən “Ventprom” maşınqayırma zavodundan 7 yeni güclü ventilyator alınaraq quraşdırılıb:

 

“Elə həmin il “Bakı Metropoliteni” QSC-nin texniki tapşırıqları əsasında Yaşıl və Qırmızı xətlər üçün daha 10 yeni güclü ventilyatorun istehsal edilməsi barədə razılıq əldə edilib. Sifariş edilən ventilyatorlar təyinatına görə iki tiplidir. Qeyd edilən avadanlıqlardan daha güclü olan 3-ü (75 kVt gücə malik “VOM 24-R” tipli) tunellərin havalandırılması üçün nəzərdə tutulub. Digər ventilyatorların (55 kVt gücü olan “VOM 20” tipli) təsir dairəsi isə stansiya və onlara yaxın tunel sahələridir.

 

Yeni ventilyatorların məhsuldarlığı, texniki göstəriciləri Bakı metropoliteninin istismar şəraitinə tam uyğundur. Əvvəlki avadanlıqlar, ən yaxşı halda, saniyədə 20-30 m3 məhsuldarlıqla işləyirdisə, yeniləri eyni vaxtda tuneli bundan 2-3 dəfə artıq təmiz hava kütləsi ilə təmin edir. Onların faydalı iş əmsalı, titrəyiş, səs-küy həddi və s. texniki göstəriciləri dünya standartlarının ən yüksək tələblərinə cavab verir. Yeni ventilyatorların iş rejimini 20-30 saniyə ərzində axından sovurmaya və əksinə dəyişmək mümkündür. Bu isə təhlükəsizliyin artırılması, fövqəladə hallarda bir rejimdən digərinə daha çevik keçid baxımından böyük əhəmiyyət kəsb edir.

 

Ötən il “Ventprom” maşınqayırma zavodundan alınmış 10 ventilyatorun hamısı koronavirus (“COVID-19”) pandemiyası şərtlərinin diktəsi altında Bakı metropoliteninə çatdırılaraq, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi müvafiq qaydalar nəzərə alınmaqla, “Elmlər Akademiyası”, “Nizami”, “Ulduz stansiyalarında, “Elmlər Akademiyası-Nizami”, “Elmlər Akademiyası-İnşaatçılar”, “Ulduz-Koroğlu” yol mənzillərində quraşdırılıb”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Mali “Vaqner” hərbi şirkətindən kömək istəyib 26 Sentyabr 2021, 00:52 Naftalanda kafedə yanğın oldu 26 Sentyabr 2021, 00:41 Ruanda soyqırımının icraçısı həbsxanada öldü 26 Sentyabr 2021, 00:39 Nigeriyada terrorçular əsgərlərə hücum etdi: Onlarla ölü var 26 Sentyabr 2021, 00:10 Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov məğlub oldu 25 Sentyabr 2021, 23:43 Türkiyə əhalisinin 70%-ə yaxını tam peyvəndlənib 25 Sentyabr 2021, 23:32 Ağcabədidə ev yandı 25 Sentyabr 2021, 23:10 Ceyhun Bayramov bu ölkələrdən olan həmkarları ilə görüşdü 25 Sentyabr 2021, 22:50 Mahir Emreli "Legiya"da növbəti qolunu vurdu 25 Sentyabr 2021, 22:47 “Şəhid əmanətləri Şuşada” layihəsinə start verildi - FOTOLAR 25 Sentyabr 2021, 22:31 XİN başçısı BQXK rəhbərinə mina təhlükəsi barədə məlumat verdi 25 Sentyabr 2021, 22:15 Ceyhun Bayramov serbiyalı həmkarı ilə görüşdü 25 Sentyabr 2021, 22:12 Bakıda mənzildə qadın meyiti aşkarlandı 25 Sentyabr 2021, 22:10 Şimal zonasına yağış yağacaq, çaylarda daşqın olacaq 25 Sentyabr 2021, 22:02 “Çelsi” “Maçester Siti”yə məğlub oldu 25 Sentyabr 2021, 21:55 “Taliban”ın tanınması müzakirə mövzusu deyil” – Lavrov 25 Sentyabr 2021, 21:49 Göyçayda minik avtomobili yandı 25 Sentyabr 2021, 21:35 Premyer Liqa: “Zirə” “Səbail”ə qalib gəldi 25 Sentyabr 2021, 21:12 Azərbaycan və Türkiyə arasında daha bir memorandum imzalandı 25 Sentyabr 2021, 20:59 Anım günü ilə əlaqədar bu avtobusların hərəkət sxemi dəyişdirilir 25 Sentyabr 2021, 20:51 Cüdoçumuz Xorvatiyada qızıl medal qazandı 25 Sentyabr 2021, 20:36 Ceyhun Bayramov Qoşulmama Hərəkatının nümayəndələri ilə görüşdü 25 Sentyabr 2021, 20:20 “Şair Sabir” gəmisi yenidən xarici sulara yola salındı 25 Sentyabr 2021, 20:03 Ermənistan ordusuna köhnə raketlər satan keçmiş zabit həbs edildi 25 Sentyabr 2021, 19:43 Putin Lukaşenko ilə görüşəcək 25 Sentyabr 2021, 19:30 "Səbail" - "Zirə" oyununda Vətən müharibəsinin ildönümü yad edildi 25 Sentyabr 2021, 19:19 Polis Qaxda şəhid ailələrini ziyarət etdi 25 Sentyabr 2021, 19:11 “Qarabağ”-“Keşlə” oyunu bərabərə bitdi 25 Sentyabr 2021, 19:10 İçərişəhərdə vandalizmə qarşı iməclik - FOTO 25 Sentyabr 2021, 18:56 Mikayıl Cabbarov Alessandro Frakassetti ilə görüşüb 25 Sentyabr 2021, 18:30 Nazir Türk Şurasının baş katibi ilə görüşdü - FOTO 25 Sentyabr 2021, 18:20 Arvadını balta ilə öldürən şəxs Psixiatriya Xəstəxanasına yerləşdirildi 25 Sentyabr 2021, 18:12 Şəhidimizin qardaşı bayrağı dəyişərkən yıxılıb ÖLDÜ 25 Sentyabr 2021, 18:04 Şəhid leytenant: “Əsgərim döyüşdə ola-ola mən hospitala gedə bilmərəm” 25 Sentyabr 2021, 17:57 Müğənni arvadını moteldə öldürməyindən DANIŞDI 25 Sentyabr 2021, 17:50
SORĞU Hansı vaksinə etibar edirsiniz?