Modern.az

İki gündə 5263 nəfər toya BURAXILMADI

İki gündə 5263 nəfər toya BURAXILMADI

Aktual

2 Avqust 2021, 09:28

İyulun 31-də və avqustun 1-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 640 toy şənliyinin monitorinqini həyata keçirib.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, monitorinq 475 şadlıq sarayında, 165 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

 

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

 

- 185 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

- 1 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib;

- 5263 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu