Modern.az

Ötən ay aşkarlanan minaların sayı açıqlandı

Ötən ay aşkarlanan minaların sayı açıqlandı

Aktual

2 Avqust 2021, 16:40

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə aylıq məlumatı açıqlayıb.



ANAMA-dan Modern.az-a verilən məlumata görə, iyulun 1-dən 31-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 545, tank əleyhinə 85 mina və 625 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

 

Nəticədə 6 767 619 m² (677 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

 

Fidan İlqar

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı