Modern.az

“Atəşin uşaqları”: Türkiyədəki yanğınlarda erməni izi - FAKTLAR (VİDEO)

“Atəşin uşaqları”: Türkiyədəki yanğınlarda erməni izi - FAKTLAR (VİDEO)

Aktual

2 Avqust 2021, 17:16

Türkiyənin müxtəlif bölgələrini əhatə edən meşə yanğınlarını kimlərin törətdiyi məlum olub. Ötən gün qardaş ölkə mətbuatında yer alan xəbərlərə əsasən, Türkiyəyə külli miqdarda ziyan vuran hadisəni PKK terror təşkilatına bağlı olan “Atəşin uşaqları” qrupu törədib. Adıçəkilən radikal təşkilat sosial media vasitəsilə meşə yanğınlarına görə məsuliyyəti öz üzərinə götürüb 

 

“Atəşin uşaqları” kimlərdir?

 

1978 -ci ildə yaradılan PKK Türkiyə daxil olmaqla, Amerika Birləşmiş Ştatları və Avropa Birliyi tərəfindən terrorçu qrup olaraq tanınır.

 

Təşkilat 1984 -cü ildən bəri Türkiyəyə və bu ölkənin vətəndaşlarına qarşı şiddətli hücumlar həyata keçirib, bu müddət ərzində təxminən minlərlə insan terror hücumlarının qurbanı olub.

 

PKK intihar bombaları, ölümcül pusqular və dinc əhaliyə qarşı törədilən qırğınlarla yanaşı, keçmişdə çoxlu meşə yanğınları da törədərək ekoloji terror həyata keçirib.

 

PKK-ya birbaşa bağlı olan “Atəşin uşaqları” Türkiyənin qərb bölgələrində intiqam almaq niyyətilə ətraf mühitə ziyan vurduqlarını söyləyir, "azad muxtar Kürdüstan" yaradılana qədər digər yaşıllıqları və əraziləri yandırmağa davam edəcəklərini deyir.

 

“Atəşin uşaqları” təşkilatı PKK-nın nəzdində yaransa da, həmişə “PKK-ya bağlı deyilik” mesajını verib. Əslində bununla iz itirmək, PKK ilə əlaqələri gizli saxlamaq istəkləri heç kimə sirr deyil.

 

“Atəşin uşaqları”nın Türkiyədə törətdiyi yanğınlar

 

2020 -ci ilin 10 oktyabr tarixində - 1998 -ci ildə PKK lideri Abdullah Öcalanın Suriyadan qovulmasının ildönümü günü Türkiyənin bütün şəhərlərində böyük yanğınlar baş verdi, təxminən 400 hektar meşə sahəsi, yaşayış binaları və onlarla heyvan yandı.

 

19 sentyabr 2019-cu il tarixində Aydos meşəsində başlayan yanğın təxminən 4865 kvadrat metr ərazini əhatə edirdi. Təhlükəsizlik qüvvələri tərəfindən aparılan araşdırmalar nəticəsində yanğının “Atəşin uşaqları” qrupundan Yakup Akman adlı şəxs tərəfindən törədilməsi ortaya çıxdı.

 

2018 -ci ildə Türkiyənin "Zeytun Budağı" əməliyyatı zamanı ərazidən qaçan terrorçular Türkiyənin cənubundakı Hatay əyalətində Amanos dağlarında yüz hektar meşəlik ərazini yandırdılar. 

 

O zaman “Atəşin uşaqları” Türkiyənin qərb, şimal-qərb və cənub əyalətlərində baş verən meşə yanğınlarının məsuliyyətini öz üzərinə götürərək, dövlətə qarşı "odlu intiqam" elan etmişdi.

 

Növbəti yanğın 2011-ci ildə İzmirin qərb əyalətinin Foça rayonunda qeydə alındı. Yanğının törədilməsimə şübhəli bilinən üç terrorçu saxlanılaraq məsuliyyətə cəlb olundu.

 

PKK-nın əsas simalarından olan Şemdin Sakık Türkiyəni təhdid edərək, qruplaşma üzvlərinin bundan sonra da oxşar cinayətlərə əl atacağını bildirmişdi:

 

"Silahımız tükənərsə, Bodruma gedib yaxtalarını yandıracağıq, istixanalarını yandırmaq üçün Antalyaya, maşınlarını yandırmaq üçün İstanbula, meşələri yandırmaq üçün İzmirə gedəcəyik".

 

“Atəşin uşaqları”nın ermənilərlə əlaqəsi

 

2019 və 2020-ci illərdə terror təşkilatını maliyyələşdirənlər arasında Amerika və Fransadakı erməni fondları xüsusi fəallıq göstərib.

 

Araşdırmalar nəticəsində qrupun təlimlərinin ASALA kamplarında keçirilməsi ilə bağlı müxtəlif faktlar üzə çıxıb. Ermənilərlə əlbir olan terrorçular 2016-2017-ci illərdə o zaman işğal altında olan Qarabağda təlimlərdə iştirak ediblər.

 

Təşkilatın maliyyə işlərindən məsul şəxslər də məhz ermənilərdir. Onlar indiyədək müxtəlif terror aktlarının təşkilində iştirak ediblər.

 

Aysel Məhərrəm

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?