Modern.az

Qorbaçov yenə Qarabağ münaqişəsini XATIRLADI: “Seçdiyim yol düzgün idi”

Qorbaçov yenə Qarabağ münaqişəsini XATIRLADI: “Seçdiyim yol düzgün idi”

Dünya

2 Avqust 2021, 17:56

SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçov Qarabağ münaqişəsinə toxunub.

 

Modern.az xəbər verir ki, “Rusiya Qlobal Siyasətdə” jurnalında dərc olunan “Yenidənqurmanı anlamaq, yeni düşüncəni qorumaq” adlı məqalədə Qorbaçov 30 il əvvəl baş verən proseslərlə bağlı düşüncələrini paylaşıb.

 

O, Sovet hakimiyyətinin münaqişənin kəskinliyini və miqyasını düzgün qiymətləndirmədiyini etiraf edib.

 

“Amma problem yarananda, biz əvvəlki qadağa və sərt metodlarla hərəkət edə bilməzdik. Hesab edirdik ki, başqa yolla getmək olar. Düşünülmüş yanaşmalarla, inandırmaq metodu ilə hərəkət etməyə qərar verdik . 1988-ci ildə Dağlıq Qarabağ problemi kəskinləşəndə məsələyə məhz bu cür yanaşırdıq”.

 

Qorbaçov münaqişənin köklərinin keçmişə dayandığını etiraf edib.

 

“Münaqişənin kökləri qədimə gedir. Asan həll yolu nə o zaman, nə də indi yoxdur. Halbuki məni sərhədləri dəyişdirməklə məsələni həll etməyə inandırmağa çalışırdılar. Ölkə rəhbərliyində vahid fikir var idi: bu qəbulolunmazdır. Hesab edirdim ki, Dağlıq Qarabağın statusu barədə razılaşma ermənilərin və azərbaycanlıların öz işləridir. İttifaq mərkəzinin rolu isə vəziyyətin normallaşdırılması və iqtisadi problemlərin həlli ilə bağlı idi. Əminəm ki, bu düzgün yol idi”,- deyə Qorbaçov söyləyib.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir