Modern.az

Türkiyəli jurnalist: “Azərbaycan çətin gündə bizi tək qoymadı” 

Türkiyəli jurnalist: “Azərbaycan çətin gündə bizi tək qoymadı” 

Aktual

5 Avqust 2021, 11:50

“Türkiyə bir neçə gündür ki, meşə yanğınları ilə mübarizə aparır. Başda Manavqat bölgəsi olmaqla, özəlliklə Egə bölgəsində Dənizlidə, Muğlada yanğınlar davam edir”.

 

Bu barədə Modern.az-a açıqlamasında NTV-nin büro müdiri Merih Ak bildirib.

 

Onun sözlərinə görə, bütün qüvvələr həm havadan, həm də qurudan yanğını söndürmək üçün əlindən gələni edir.

 

“Dünən axşam yanğının Kemerköy İstilik Elektrik Stansiyasına (İES)  yaxınlaşması təhlükəni daha da artırdı. Şiddətli yanğın başladı, küləyin təsiri ilə daha da gücləndi. Alovlar qısa müddətdə hər yeri bürüdü. Səhər tezdən bölgəyə gəldik. Burada artıq təhlükə sovuşub. Sadəcə ətrafdakı dağlarda və meşələrdə yanğının olduğunu gördük”.

 

Jurnalist qeyd edib ki, qardaş Azərbaycan çətin günündə Türkiyəni yalnız qoymadı:

 

“Sabah saatlarında onlarla birlikdə yanğın yerinə gəldik. Orada çox sayda yanğınsöndürən maşınları var. Yol boyu türk xalqı azərbaycanlı qardaşlarımıza minnətdarlığını bildirdi. Vətəndaşlar alqışlayaraq, onları buraya qədər yola saldılar. Hazırda azərbaycanlı qrup Kemerköy İstilik Elektrik Stansiyasının yaxınlığında təhlükəsizlik işlərinə başlayıb. İlk mərhələdə 100 nəfərlik komanda gəlmişdi, Marmarisdə çalışmalara başlamışdı. Həmin bölgədə böyük sevgi və minnətdarlıqla qarşılandılar. Qısa müddətdə orada işlərini görərək, Dənizli bölgəsinə göndərildilər. Orada da böyük yanğın vardı, azərbaycanlı qardaşlarımız aktiv olaraq çalışdılar. Yanğınsöndürən maşınların ilk fəaliyyət yeri İES oldu. Hazırda burada maşın karvanı var. Azərbaycanlıların burada olması türk xalqında böyük sevinc və məmnuniyyət yaratdı. Hər görülən yerdə azərbaycanlılarla qucaqlaşırlar, təşəkkürlərini bildirirlər”. 

 

Aysel Məhərrəm

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır