Modern.az

Tanınmış jurnalistdən Türkiyəyə dəstək - VİDEO  

Tanınmış jurnalistdən Türkiyəyə dəstək - VİDEO  

Aktual

5 Avqust 2021, 13:46

Türkiyədə meşə yanğınları ilə mübarizə davam edir. Qardaş ölkədə yanğınların qarşısının alınmasında Azərbaycandan gedən dəstək qrupları da fədakarlıqla mübarizə aparırlar. Belə günlərdə qardaşlarımızın yanında olmaq biz azərbaycanlıların mənəvi borcudur və istənilən yardımı etməyə hazırıq.

 

Tanınmış jurnalist Aida Eyvazlı Göytürk qardaş ölkəyə dəstək məqsədilə Çelenc (Challenge) başladıb. 

 

Çelenc #Türkiyəbizsəninləyik#  adlanır.

 

Jurnalistin müraciətində deyilir: "Türk dünyasının birliyinə gedən yollar hamar olmayacaq! Buna görə, yanğınlara, daşqınlara, kor atılan güllələrə, atəşlərə məruz qalacağıq. Lakin bizi heç nə yolumuzdan durdura bilməz. Bir yanan ağacın əvəzinə 70-ni əkəcəyik. Uçulan evimizin darvazasından saray hörəcəyik. Ancaq var olacağıq. Sülhsevər dostlarla birlikdə Qarabağı tikəcəyik! Məqam türkün, ədalətin məqamıdır. Biz hamımız Türkiyəyiz bu gün! İstər Türkiyədə, istər Saxa-Yakutiyada yanan hər ağac, hər kol , hər canlı ürəyimizin içərisini yandırır. Lakin biz oddan-alovdan, yenidən küldən törəməyi bacarmışıq. #Türkiyəbizseninleyik# 

 

Göyde göy çökmedikce, Yerde yer yarılmayınca, Türkün törenini kim poza bilir... Alovlarda berkiyen TÜRKİYEM, Saxa Yakutiyam Biz SİZİNLEYİK!!!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı