Modern.az

Azərbaycana qarşı döyüşən terrorçular yaralandılar 

Azərbaycana qarşı döyüşən terrorçular yaralandılar 

5 Avqust 2021, 15:55

Bu gün Ermənistanın Sünik vilayətində yol qəzası baş verib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Yaralanan şəxslər 44 günlük Qarabağ müharibəsində və Aprel döyüşlərində Ermənistan tərəfindən VOMA adlı terror təşkilatının sıralarında vuruşublar.

 

Qeyd edək ki, ötən ilin noyabrın 3-də Azərbaycan Baş Prokurorluğu VOMA təşkilatını və onun lideri Vova Vardanovu terrorçu elan edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi