Modern.az

Dənizdə batan gəncin meyiti tapıldı - YENİLƏNİB

Dənizdə batan gəncin meyiti tapıldı - YENİLƏNİB

10 Avqust 2021, 21:00

Abşeron rayonunun Novxanı kəndində, dənizdə (nəzarətsiz ərazi) batan 1999-cu il təvəllüdlü Abbasov Oqtay Vidadi oğlunun axtarışları başa çatıb.

 

Fövqəladə Hallar Nazirliyindən (FHN) Modern.az-a verilən xəbərə görə, O.Abbasovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 

***

19:47

 

Xəzər dənizində 22 yaşlı gənc batıb.

 

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

 

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Abşeron rayonunun Novxanı kəndində, dənizdə (nəzarətsiz ərazi) 1999-cu il təvəllüdlü Abbasov Oqtay Vidadi oğlunun batması barədə məlumat daxil olub. Hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

 

Əlavə məlumat veriləcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü