Modern.az

ABŞ-da Azərbaycanın yeni diaspor təşkilatı yaradıldı

ABŞ-da Azərbaycanın yeni diaspor təşkilatı yaradıldı

27 Avqust 2021, 14:53

Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının idarə heyətinin üzvləri Kamran Qarayev və Əsmər Hüseynovanın birgə təşəbbüsü ilə ABŞ-ın Yuta Ştatında fəaliyyət göstərən “Yuta–Azərbaycan Dostluq Təşkilatı” rəsmi qeydiyyatdan keçib.

 

Modern.az xəbər verir ki, bu barədə Yuta Ticarət Nazirliyinin korporasiya və kommersiya kodeksi şöbəsinin direktoru Li Veylettin Yuta–Azərbaycan Dostluq Təşkilatına ünvanladığı məktubda məlumat verilib.

 

Məktubda bildirilib ki, təşkilat Yuta Ştatının qanunvericiliyinə müvafiq olaraq hüquqi şəxs qismində qeydə alınıb.

 

Qeyd edək ki, yeni təşkilatın rəhbəri Amerika Azərbaycanlıları Koordinasiya Şurasının üzvü, Yuta–Azərbaycan İcmasının nümayəndəsi Əsmər Hüseynovadır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir