Arxiv
28 Avqust 2021, 23:31 | DİASPOR
Niderlandda diaspor fəalları ilə görüş keçirildi  

Niderlandın ikinci böyük şəhəri Rotterdamda fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresində (BAK) və Haaqada yerləşən Hollanda–Azərbaycan Türk Kültür Dərnəyində görüşlər keçirilib.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən xəbərə görə, görüşlərdə bu ölkədəki azərbaycanlı icmanın üzvləri iştirak edib.

 

Benilüks Azərbaycanlıları Konqresindəki toplantını giriş sözü ilə açan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağda aparılan quruculuq işlərindən danışıb, pandemiya ilə bağlı məhdudiyyət mərhələsində, Tovuz hadisələri və Vətən müharibəsi dönəmində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması naminə xaricdə yaşayan soydaşlarımızın, diaspor təşkilatlarının xüsusi fəallıq göstərdiyini qeyd edib. BAK-ın göstərdiyi fədakar fəaliyyətə görə minnətdarlığını bildirən Komitə sədri indiyədək həyata keçirilmiş və gələcəkdə gerçəkləşdirilməsi nəzərdə tutulan layihələr, Koordinasiya Şuralarının, Azərbaycan Evlərinin, Azərbaycanın Birinci vitse-presidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə açılan “Qarabağ” həftəsonu Azərbaycan məktəblərinin, “Qarabağ” idman klublarının və “Qarabağ” rəqs dərnəklərinin fəaliyyəti barədə ətraflı danışıb.

 

BAK sədri Elsevər Məmmədov çıxış edərək qurumun fəaliyyəti barədə məlumat verib. Diaspor üzvlərinin tarixi Vətənlərində daha yaxından tanıdılması məqsədilə Dövlət Komitəsinin maraqlı layihələr həyata keçirməsindən, Diaspor TV, Dispor FM radiosunun və diaspor.gov.az saytının diaspor təşkilatlarının fəaliyyətini işıqlandırmasından məmnunluğunu vurğulayıb.

 

Sonra BAK-ın fəaliyyətindən bəhs edən videoçarx təqdim edilib və qurum üzvləri çıxış ediblər. Niderlanddakı diaspor fəallarının “Diaspor fəaliyyətində xidmətə görə” medal və təşəkkürnamələrlə təltif olunmasına görə Azərbaycan dövlətinə təşəkkür bildirilıb.

 

Hollanda–Azərbaycan Türk Kültür Dərnəyində keçirilən görüşdə dərnəyin gerçəkləşdirdiyi layihələri, türk diasporu ilə əməkdaşlığını, anti-Azərbaycan qüvvələrinin ölkəmizə qarşı həyata keçirmək istədikləri təxribatlara çevik reaksiyasını müsbət qiymətləndirən Komitə sədri Niderlandın ictimai-siyasi həyatında fəal olmağın, ictimai rəyə təsir etmək gücünə malik dairələrlə və KİV-lərlə əlaqələr qurulmasının vacibliyindən danışıb.

 

Hər iki görüşdə qeyd olunub ki, qalib xalqın diasporunun qarşısında yeni vəzifələr durur və bu gün daha başqa hədəflərimiz var. Qeyd olunub ki, indi xaricdə yaşayan gənclərimizin yüksək vətənpərvərlik ruhunda tərbiyə olunması çox mühümdür və bizi birləşdirən dəyərlərimizdir.

 

Görüş iştirakçıları müxtəlif məsələlərlə bağlı fikirlərini söyləyib, yeni layihələrlə əlaqədar təkliflərini irəli sürüblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Başını Ermənistana əyən İran “səyasətbazları” indiyədək nə din tanıyıb, nə iman...  20 Sentyabr 2021, 08:43 Bulvarda gənc qız özünü dənizə atdı 20 Sentyabr 2021, 08:00 Dünyada koronavirusa yoluxanların sayı 229 milyonu ötdü 20 Sentyabr 2021, 07:53 Azərbaycan ərazisinə keçmiş ermənilər geri qaytarıldı 20 Sentyabr 2021, 07:42 Ərdoğan ABŞ-da səfərdədir 20 Sentyabr 2021, 07:30 Britaniyada 29.6 min yoluxma qeydə alındı 20 Sentyabr 2021, 00:46 Məşhur boksçu prezident olmaq istəyir 20 Sentyabr 2021, 00:37 Çoxmərtəbəli yaşayış binasında yanğın oldu 20 Sentyabr 2021, 00:22 “Əsrin müqaviləsi”nin 27 ili tamamlandı 20 Sentyabr 2021, 00:07 Şahmatçılarımız Moldova yığmasına qalib gəldi   19 Sentyabr 2021, 23:51 Bodibildinqçimiz tarixi uğura imza atdı 19 Sentyabr 2021, 23:38 Makron İsveçrə səfərini ləğv etdi - SƏBƏB 19 Sentyabr 2021, 23:24 “Çelsi” səfərdə “Tottenhem”i məğub etdi 19 Sentyabr 2021, 23:01 Batma təhlükəsi ilə üzləşən 3 nəfər xilas edildi 19 Sentyabr 2021, 22:54 Vahid Rusiya partiyası seçkilərdə öndə gedir   19 Sentyabr 2021, 22:35 "BMT Qarabağ məsələnin həll edilməsində istəksizlik göstərdi" - Koffi 19 Sentyabr 2021, 22:30 Mahir Emrelidən “Legiya”da növbəti qol 19 Sentyabr 2021, 22:14 ABŞ-da hərbi təyyarə qəzaya uğradı 19 Sentyabr 2021, 21:51 Deputatlar Rusiyada seçkiləri müşahidə etdilər 19 Sentyabr 2021, 21:40 Türkiyə əhalisinin 67.7% tam peyvəndlənib 19 Sentyabr 2021, 21:34 Rusiyada parlament seçkiləri başa çatdı 19 Sentyabr 2021, 21:17 Baş nazir vulkana görə ABŞ səfərini təxirə saldı 19 Sentyabr 2021, 21:06 İsraildə sutkalık 7 mindən artıq yoluxma 19 Sentyabr 2021, 20:54 Bu ölkədə vulkan püskürdü 19 Sentyabr 2021, 20:46 “Neftçi” “Keşlə”ni darmadağın etdi 19 Sentyabr 2021, 20:33 230-dan çox xarici vətəndaş Kabili tərk etdi 19 Sentyabr 2021, 20:18 “Bursaspor” baş məşqçini istefaya göndərdi 19 Sentyabr 2021, 20:07 Gürcüstan yenidən silkələndi 19 Sentyabr 2021, 19:49 Hindistandan quş və quş əti idxalı dayandırıldı 19 Sentyabr 2021, 19:40 Fransa ABŞ ilə münasibətlərində böhran olduğunu açıqladı 19 Sentyabr 2021, 19:24 Liviyada iki helikopter toqquşdu, ölənlər var 19 Sentyabr 2021, 19:09 8 yaşlı uşaq koronavirusdan sonra iflic qaldı 19 Sentyabr 2021, 18:15 İlk kosmos turistləri Yerə qayıtdı - VİDEO 19 Sentyabr 2021, 18:02 İran ayətullahı Azərbaycanı hədələyib 19 Sentyabr 2021, 17:53 Çempionlar liqası: "Araz Naxçıvan"ın oyunlarının vaxtı açıqlandı 19 Sentyabr 2021, 17:48
SORĞU Hansı vaksinə etibar edirsiniz?