Modern.az

Daha bir erməni hərbçinin cəsədi tapıldı

Daha bir erməni hərbçinin cəsədi tapıldı

16 Sentyabr 2021, 00:32

Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsində müharibə zamanı məhv edilən erməni hərbçilərin axtarışları davam etdirilib.

 

Modern.az xəbər verir ki, bu barədə erməni KİV-ləri yazıb.

 

Axtarışlar nəticəsində daha bir erməni hərbi qulluqçunun cəsədi tapılıb. Onun kimliyini müəyyənləşdirmək üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.

 

Xatırladaq ki, atəşkəsdən sonra işğaldan azad edilən ərazilərdə ümumilikdə 1667 erməni hərbçinin cəsədi aşkarlanıb.

 

Akif İsmayılov

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir