Modern.az

Müharibə iştirakçılarına 10 mindən çox psixoloji xidmət göstərilib  

Müharibə iştirakçılarına 10 mindən çox psixoloji xidmət göstərilib  

16 Sentyabr 2021, 12:10

“900-dən çox Vətən müharibəsi iştirakçısına psixoloji xidmət göstərilib”.

 

Modern.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov deyib.

 

Onun sözlərinə görə, ümumilikdə 10 mindən artıq psixoloji xidmət göstərilib:

 

“900-dən yuxarı Vətən müharibəsi iştirakçısı və ailə üzvlərinə 10 mindən artıq psixoloji xidmət göstərilib. Həmçinin reabilitasiya mərkəzlərində yüksək istisaslı psixoloqlar xidmət edir. Qazilərin vəziyyətindən asılı olaraq həm evdə, həm də onlayn psixoloji dəstək sessiyaları keçirilib”.

 

Fidan İlqar

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır