Arxiv
18 Sentyabr 2021, 12:15 | AKTUAL
Güney-Zağalı su anbarı ətrafında ekoloji aksiya keçirilib - FOTOLAR

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) törəmə müəssisəsi “Daşkəsən Dəmir Filiz” (DDF) MMC-nin təşəbbüsü və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) dəstəyi ilə Daşkəsən rayonunda yerləşən Güney-Zağalı su anbarının ətrafında ekoloji aksiya keçirilib.

 

Modern.az xəbər verir ki, Güney-Zağalı su anbarı Daşkəsən şəhərindən 8 kilometr cənubda, Xoşbulaq və Zağalı kəndlərinin arasında - Qoşqarçay dərəsində yerləşir. Qoşqarçay və Hamamçayın suyu ilə qidalanan su anbarı 1959-cu ildə layihələndirilmiş, 1969-cu ildə inşası başa çatdırılmışdır. Su anbarı Azərbaycan Dağ-Mədən Filizsaflaşdırma Kombinatının Saflaşdırıcı Fabrikində nəm üsulla konsentrat istehsalı üzrə texniki suya tələbatın ödənilməsi məqsədi ilə inşa edilmişdir. Qeyd edilən dövrdə illik 1 milyon ton konsentrantın istehsalı üçün su anbarından 3 milyon kub metr həcmində su təchiz edilirdi. Gələcəkdə nəzərdə tutulan illik 1.2 milyon ton konsentratın istehsalı üçün su anbarından təchiz ediləcək sərfiyyat 3.6 milyon kub metr təşkil edəcək. Hazırda  DDF MMC-nin balansında olan hövzənin ümumu su həcminin artırılması  və  su ehtiyatının mühafizəsi üçün müvafiq tədbirlər görülür. Su ehtiyatının daha səmərəli istifadəsi məqsədilə Güney-Zağalının deqradasiyaya məruz qalmış infrastrukturu yenidən qurulur. 

 

Qeyd edək ki, 18 sentyabr Beynəlxalq Sahilyanı Təmizlik Gününə həsr edilmiş aksiya çərçivəsində “AzerGold” QSC və ETSN-nin əməkdaşlarının iştirakı ilə su hövzəsinin ətrafı müxtəlif məişət tullantılarından təmizlənib, tullantılar çeşidlənərək təkrar emala yönəldilib. Bununla yanaşı, əraziyə ətraf mühitinin mühafizəsinə dair maarifləndirici lövhələr yerləşdirilib. 

 

Tədbirin əsas məqsədi su hövzələrində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin tullantılarla zibillənməsinin qarşısını almaq və təbiətin qorunmasına töhfə verməkdir.

 

Aksiya çərçivəsində, həmçinin balıq növlərinin təbii populyasiyasının artırılması məqsədilə su hövzəsinə yerli şəraitə uyğun olaraq qızılxallı forel körpələri buraxılıb. Balıqların suya buraxılması mərasimində Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev və “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, DDF MMC-nin Baş direktoru Oqtay Məmmədov iştirak edib. 

 

Beynəlxalq Sahilyanı Təmizlik Günü su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn irimiqyaslı aksiyaların keçirildiyi təqvimdir. Son 30 il müddətində dünyanın 100-dən çox ölkəsi hər il bu günü qeyd edir. Bu məqsədlə bütün dünya üzrə on minlərlə insan könüllü olaraq yaşadıqları ərazilərin sahillərini tullantılardan təmizləyir.

 

Güney-Zağalı su anbarı ətrafında ekoloji aksiya keçirilib (FOTO) - Gallery Image Güney-Zağalı su anbarı ətrafında ekoloji aksiya keçirilib (FOTO) - Gallery Image Güney-Zağalı su anbarı ətrafında ekoloji aksiya keçirilib (FOTO) - Gallery Image Güney-Zağalı su anbarı ətrafında ekoloji aksiya keçirilib (FOTO) - Gallery Image Güney-Zağalı su anbarı ətrafında ekoloji aksiya keçirilib (FOTO) - Gallery Image Güney-Zağalı su anbarı ətrafında ekoloji aksiya keçirilib (FOTO) - Gallery Image Güney-Zağalı su anbarı ətrafında ekoloji aksiya keçirilib (FOTO) - Gallery Image
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Vətən müharibəsinin xronikası - Azərbaycan bayrağı zəngilan şəhərində sancılıb 20 Oktyabr 2021, 07:17 Canəli Əkbərov və arvadı koronavirusa yoluxdu - Vəziyyəti ağırdır 20 Oktyabr 2021, 08:05 Bayram Nurlunun ailə üzvləri zəhərləndi - Bacısı oğlu öldü 20 Oktyabr 2021, 07:53 "Facebook" adını dəyişir 20 Oktyabr 2021, 07:47 "Taliban" Moskvada iqtisadi və siyasi dəstək istəyəcək 20 Oktyabr 2021, 00:55 Sabirabadda ev yandı 20 Oktyabr 2021, 00:23 Sabiq konsul Elnur Əşrəfoğludan YAZDI 20 Oktyabr 2021, 00:23 XİN-dən Zəngilanla bağlı PAYLAŞIM 20 Oktyabr 2021, 00:19 Zəngilanın işğaldan azad edilməsindən 1 İL ÖTÜR 20 Oktyabr 2021, 00:06 Türkiyədə daha 223 nəfər COVID-in qurbanı oldu 19 Oktyabr 2021, 23:53 Paşinyan Qarabağ məsələsindən yaxa qurtarmaq istəyir - TƏHLİL 19 Oktyabr 2021, 23:31 Bir ailə göbələkdən zəhərləndi: Ölən var 19 Oktyabr 2021, 23:29 Münhen aeroportunda 1,2 ton narkotik müsadirə edildi 19 Oktyabr 2021, 23:00 Koronavirusdan vəfat edən Elnur Əşrəfoğlu kim idi? - DOSYE 19 Oktyabr 2021, 22:52 Afrikada güc mübarizəsi: Türkiyənin mövqeyi 19 Oktyabr 2021, 22:35 Fuad Qəhrəmanlının qızına təcavüzdə ittiham edilən şəxs saxlanılıb 19 Oktyabr 2021, 22:14 ABŞ-da təyyarə qəzası: Yaralılar var 19 Oktyabr 2021, 21:50 Konqoda yük maşını çaya düşdü: 50 ölü 19 Oktyabr 2021, 21:35 BMT KXDR-in raket sınağından narahatdır 19 Oktyabr 2021, 21:21 NATO rəsmisi Gürcüstanın vasitəçilik rolundan danışdı 19 Oktyabr 2021, 20:56 Telman İsmayılovla bağlı materiallar Monteneqroya verildi 19 Oktyabr 2021, 20:51 28 may qeyri-iş, 18 oktyabr iş günü olacaq 19 Oktyabr 2021, 20:34 “Xiaomi” elektromobillərin kütləvi istehsalına başlayır 19 Oktyabr 2021, 20:20 Türk Şurasından Afrika ölkələrinə peyvənd YARDIMI 19 Oktyabr 2021, 19:50 Nazir beynəlxalq konfransda Zəngəzur dəhlizindən danışdı 19 Oktyabr 2021, 19:42 Gülağa Aslanlının ürəyinə stent qoyuldu 19 Oktyabr 2021, 19:33 Azərbaycan daha 5 hərbçini Ermənistana QAYTARDI 19 Oktyabr 2021, 19:28 Elnur Əşrəfoğlu VƏFAT ETDİ 19 Oktyabr 2021, 19:11 Prezident Xorvatiyanın xarici işlər nazirini qəbul etdi 19 Oktyabr 2021, 19:06 Erməniləri təşvişə salan hərbi hissə - VİDEO 19 Oktyabr 2021, 19:00 Daha bir məktəb distant tədrisə keçdi 19 Oktyabr 2021, 18:56 İlham Əliyev Ərdoğana başsağlığı verdi 19 Oktyabr 2021, 18:50 Koronavirusun yeni ştammı aşkarlandı 19 Oktyabr 2021, 18:43 Azərbaycanın xarici siyasətinin başlıca prinsipi müstəqillikdir 19 Oktyabr 2021, 18:36 Universitetdə “Özbək dili günü” - FOTOLAR 19 Oktyabr 2021, 18:30