26 Oktyabr 2021, Çərşənbə axşamı
Arxiv
25 Sentyabr 2021, 00:22 | AKTUAL
Ceyhun Bayramov BMT-də beş həmkarı ilə görüşdü - FOTOLAR  

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatına (QH) üzv dövlətlərdən Qvatemala xarici işlər naziri Pedro Brolo Vila, Suriya xarici işlər naziri Faisal Mekdad, Sent-Kits və Nevis Federasiyasının xarici işlər naziri Mark Brantli, Qrenada xarici işlər naziri David Piter və Lesoto Krallığının Xarici İşlər və Beynəlxalq Əlaqələr naziri Matsepo Ramakoa ilə ikitərəfli görüşlər keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Görüşlərdə Azərbaycan ilə QH üzv ölkələri arasındakı əməkdaşlıq, həmçinin Hərəkatın gündəliyində duran vacib məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

İkitərəfli münasibətlərin uğurla inkişaf etdiyini qeyd edən tərəflər siyasi və parlamentlərarası əlaqələr, iqtisadi əməkdaşlıq, ticarət əlaqələrinin genişləndirilməsi və inkişaf etdirilməsi, humanitar mədəniyyət, turizm, elm, təhsil, eləcə də qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərini vurğulayıblar.

 

Görüşlər zamanı Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi dövründə mühüm təşəbbüsləri və bir çox nəticələri müzakirə mövzusu oldu.

 

Müqabil tərəflər Azərbaycanın QH-yə uğurlu sədrliyini və Azərbaycan Prezidentinin QH sədri qismində COVİD-19-a qarşı mübarizə ilə bağlı irəli sürdüyü qlobal əhəmiyyətli təşəbbüsləri təqdir etdiklərini bildiriblər.

 

Nazir Ceyhun Bayramov 44 gün davam edən Vətən müharibəsi, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı və onun icrası, münaqişədən sonrakı bərpa və yenidənqurma işləri barədə qarşı tərəfə məlumat verib.

 

Görüşlərdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək, BMT Baş Assambleyasının 76-cı sessiyasının gündəliyi üzrə maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistanın Qarayusifli kəndində törətdiyi terrordan 1 İL KEÇİR   27 Oktyabr 2021, 00:11 Boksçumuz çempionatda erməni ilə üz-üzə gələcək 26 Oktyabr 2021, 23:49 Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM 26 Oktyabr 2021, 23:21 Makron Çin lideri ilə Əfqanıstanı müzakirə etdi 26 Oktyabr 2021, 23:02 Ərdoğanın Azərbaycana rəsmi səfəri BAŞA ÇATDI 26 Oktyabr 2021, 22:36 4 Türk dövləti tələbələri bir arada - VİDEO 26 Oktyabr 2021, 22:25 İlham Əliyev və Ərdoğan Zəngilanda birgə mətbuat konfransı keçirib - YENİLƏNİB 26 Oktyabr 2021, 22:19 Azərbaycan bu gün öz şanlı tarixinin çox əlamətdar dövrünü yaşayır 26 Oktyabr 2021, 22:01 Türkiyənin İraq və Suriyaya qoşun göndərmə müddəti UZADILDI 26 Oktyabr 2021, 21:57 İsmixan Rəhimov kimdir və ya “İstiqlal” ordeni ilk olaraq kimə verilməliydi? 26 Oktyabr 2021, 21:43 Ərdoğandan Ermənistanla münasibətlərin normallaşması üçün ŞƏRTLƏR 26 Oktyabr 2021, 21:39 Bu rayonda qazın verilişində fasilə yaranacaq 26 Oktyabr 2021, 21:36 İlham Əliyev və Ərdoğan Zəngilanda “Dost Aqropark”ın təməlini qoydular - YENİLƏNİB 26 Oktyabr 2021, 21:27 Mehriban Əliyevadan Ərdoğanın səfəri ilə bağlı PAYLAŞIM 26 Oktyabr 2021, 21:21 “Gün gələcək Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik” - Ərdoğan 26 Oktyabr 2021, 20:56 “Zəngəzur dəhlizi bütün türk dünyasını birləşdirəcək” 26 Oktyabr 2021, 20:36 Ərdoğan: “Azərbaycana hər cür dəstəyi verməyə davam edəcəyik" 26 Oktyabr 2021, 20:23 “Füzuli Beynəlxalq Hava Limanı bizim birgə uğurumuzdur” - İlham Əliyev 26 Oktyabr 2021, 20:16 "Şərq" 25 yaşını qeyd etməyə hazırlaşır - FOTOLAR 26 Oktyabr 2021, 20:13 Prezident: “Şuşa Bəyannaməsi əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırdı” 26 Oktyabr 2021, 20:07 Türkiyə Azərbaycanda mövqelərini möhkəmləndirir - ŞƏRH 26 Oktyabr 2021, 20:07 Türkdilli dövlətlərin təhsil nazirləri görüşəcək 26 Oktyabr 2021, 19:51 Toplanışa çağırılan hərbçilər hərbi hissədə - VİDEO 26 Oktyabr 2021, 19:46 Zəngəzur dəhlizinin istifadəyə veriləcəyi TARİX 26 Oktyabr 2021, 19:42 Dövlət başçıları “Ağıllı kənd” layihəsində görülən işlərlə tanış olublar - YENİLƏNİB 26 Oktyabr 2021, 19:37 Ərdoğan Zəngəzur dəhlizi barədə: "Daha irəli gedəcəksiniz" 26 Oktyabr 2021, 19:27 XİN-dən Avstriyaya TƏBRİK 26 Oktyabr 2021, 19:15 Azərbaycan və Türkiyə liderləri arasında görüş - FOTO 26 Oktyabr 2021, 19:13 Prezidentlər Zəngəzur dəhlizinin təməlini qoydular - YENİLƏNİB 26 Oktyabr 2021, 19:11 Əli Əsədov BP-nin nümayəndə heyəti ilə görüşüb 26 Oktyabr 2021, 18:57 Ərdoğandan İlham Əliyevə özəl hədiyyə - FOTO 26 Oktyabr 2021, 18:44 Metroda sərnişin sıxlığına qarşı nəzarət qrupları yaradıldı 26 Oktyabr 2021, 18:37 ADA-da müsabiqə YEKUNLAŞDI 26 Oktyabr 2021, 18:30 Bayden Makronla görüşəcək 26 Oktyabr 2021, 18:22 BMT-nin Baş katibindən yeni pandemiya ÇAĞIRIŞI 26 Oktyabr 2021, 18:15