Modern.az

Putinin Tayqadakı tətil VİDEOSU yayıldı: balıq tutdu, qayıq sürdü, şorba bişirdi...

Putinin Tayqadakı tətil VİDEOSU yayıldı: balıq tutdu, qayıq sürdü, şorba bişirdi...

27 Sentyabr 2021, 00:07

Rusiya prezidenti Vladimir Putin və müdafiə naziri Sergey Şoyqu sentyabrın əvvəlində Sibir rayonlarının birində istirahət ediblər.


Modern.az
xəbər verir ki, Kremlin mətbuat xidməti sentyabrın 26-da onların meşədə gəzdiyini, dağlara çıxdığını və balıq tutduğunu göstərən bir video yayımlayıb.


Görüntülərdən məlum olur ki, prezident Putin Şoyqu ilə birlikdə uğurlu balıq ovundan sonra dağlarda gəzib, motorlu qayıq sürüb, Sibirin dağlıq-meşəlik mənzərələrini seyr edib, tonqalın istisinə qızınıb.


Vladimir Putin və Sergey Şoyqu tutduqları balıqdan şorba da bişiriblər.


Prezidentin mətbuat katibi Dmitri Peskov "Rusiya" telekanalında yayımlanan "Moskva. Kreml. Putin" verilişində dövlət başçısının təhlükəsizliyinin qorunmasından danışarkən, bunun hətta Putin istirahətdə olarkən belə ciddi şəkildə təmin edildiyini vurğulayıb.

Putin səfər zamanı onu ən çox təsirləndirən şeyin marallar olduğunu söyləyib.

Vladimir Putin Tayqa meşələrində ilk dəfə istirahət etmir. Prezidentin və müdafiə nazirinin əvvəlki tətili 2021 -ci ilin martında olmuşdu. Putin 2019 -cu ilin martında və 2018 -ci ilin avqustunda da Sibirdə istirahət edib. 2014 -cü ildə prezident ad gününü tayqada qeyd etmişdi.


A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır