Arxiv
28 Sentyabr 2021, 11:03 | AKTUAL
Nazirlik kadr potensialını gücləndirir - FOTOLAR

Kənd Təsərrüfatı Nazirliyi və “Agro Food İnvestments” MMC arasında kadr potensialının gücləndirilməsi istiqamətində elmi-texniki əməkdaşlıqla bağlı görüş keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi, Nazirliyin Aparatı və tabeli qurumlarının əməkdaşları və “Agro Food İnvestments” MMC-nin İdarə Heyətinin sədri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. 

 

Görüşdə aqrar sahədə yüksək ixtisaslı mütəxəssislərin hazırlanması, kadr potensialının təkmilləşdirilməsi sahəsində gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub. Qeyd olunub ki, kənd təsərrüfatı və aqrar sənaye sahələrində insan resurslarının inkişafı istiqamətində elmi-texniki əməkdaşlıq üçün böyük potensial mövcuddur. Tədbirdə kadr potensialının inkişafı məqsədilə qarşılıqlı məlumat və təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə olunub. 

 

Görüş çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi və “Agro Food İnvestments” MMC arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatının rəhbəri Rafail Quliyev və “Agro Food İnvestments” MMC-nin İdarə Heyətinin sədri Məcnun Məmmədov imzalayıb. Anlaşma Memorandumunda kənd təsərrüfatı sahələri üzrə yüksək ixtisaslaşmış kadr ehtiyatının yaradılması, mövcud mütəxəssislərin nəzəri və praktiki bilik və texniki peşə bacarıqlarının, habelə xarici dil biliklərinin artırılması üçün qarşılıqlı əməkdaşlığın qurulması, o cümlədən əməkdaşların konfrans, təlim, seminar və layihələrə cəlb edilməsi, təcrübə proqramlarında birgə iştirakı ilə bağlı maddələr yer alıb.

 

Sənədə əsasən tərəflər kənd təsərrüfatı və aqrar sənayedə bitkiçilik, heyvandarlıq və istehsal sahələri üzrə kadr hazırlığının qarşılıqlı surətdə təşviq edilməsi istiqamətində birgə fəaliyyət göstərəcəklər. 

 

Anlaşma Memorandumunda dövlət-özəl tərəfdaşlığı çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki müvafiq elmi-tədqiqat institutları ilə məlumat və təcrübə mübadiləsinin aparılması, elmi-tədqiqat institutlarının elmi işçiləri tərəfindən “Agro Food İnvestments” Qrupunun mütəxəssislərinin nəzəri, praktik bilik və texniki peşə bacarıqlarının artırılması məqsədilə onlara təlim və seminarın keçirilməsi, həmçinin “Agro Food İnvestments” Qrupun aqrar sahədə kadr potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən layihələrə dəstək olması nəzərdə tutulur.

 

Əldə olunmuş razılığa əsasən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki müvafiq elmi-tədqiqat institutlarının elmi işçiləri “Agro Food İnvestments” Qrupuna daxil olan təsərrüfatlara mütəxəssis-ekspert qismində cəlb ediləcək, “Agro Food İnvestments” Qrupu Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Tədqiqatlar Mərkəzinin məlumat bazalarından istifadə edə biləcək.  
 

Nazirlikdə kadr potensialının gücləndirilməsi istiqamətində görüş keçirildi- FOTOLAR Nazirlikdə kadr potensialının gücləndirilməsi istiqamətində görüş keçirildi- FOTOLAR Nazirlikdə kadr potensialının gücləndirilməsi istiqamətində görüş keçirildi- FOTOLAR Nazirlikdə kadr potensialının gücləndirilməsi istiqamətində görüş keçirildi- FOTOLAR Nazirlikdə kadr potensialının gücləndirilməsi istiqamətində görüş keçirildi- FOTOLAR
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Baş nazirdən Türkiyənin Vitse-prezidentinə MƏKTUB 28 Oktyabr 2021, 18:54 Əli Əsədovla Alparlsan Çakar bank sektorunu müzakirə etdi 28 Oktyabr 2021, 18:49 AMEA-nın 4 İnstitutuna baş direktor seçildi 28 Oktyabr 2021, 18:36 Moskvadan dəhliz AÇIQLAMASI: “Razılaşmaya sadiq qalmalıyıq” 28 Oktyabr 2021, 18:29 Ukrayna paytaxtı qapanmaya gedir 28 Oktyabr 2021, 18:18 Qazlaşdırılmayan yaşayış məntəqələrinin SAYI 28 Oktyabr 2021, 18:10 Niderlanddan Ağdama: 28 il sonra Vətənə dönüş - VİDEO 28 Oktyabr 2021, 18:01 “Zəngəzur dəhlizilə bağlı siyasi qərar olmalıdır” - VİDEO 28 Oktyabr 2021, 17:55 Dilçilik İnstitutunda yeni direktor TƏYİNATI 28 Oktyabr 2021, 17:54 Ermənistan hərbçilərinin yaralanmasını TƏSDİQLƏDİ 28 Oktyabr 2021, 17:48 Bu gün peyvənd olunanlar 28 Oktyabr 2021, 17:42 Yoluxma kəskin ARTDI 28 Oktyabr 2021, 17:36 Avtobusun şüşələri sıxlıqdan sınıb? - Rəsmi cavab 28 Oktyabr 2021, 17:30 "Azəriqaz" rəsmiləri Siyəzəndə 28 Oktyabr 2021, 17:25 “Azərbaycanın tarixi zəfəri” - Videokonfrans 28 Oktyabr 2021, 17:20 Amerikalı dindarlar Ağdam və Şuşada 28 Oktyabr 2021, 17:16 Universitetin 10 qrupunda əyani dərslər DAYANDIRILDI 28 Oktyabr 2021, 17:10 Texniki baxış mərkəzlərində YENİLİK 28 Oktyabr 2021, 17:05 Komitədən İraqdan gətirilən uşaqlarla bağlı MƏLUMAT 28 Oktyabr 2021, 17:00 Bərdə bombardmanı: faciə qurbanlarının yaxınları o günü belə XATIRLAYIR - FOTOLAR 28 Oktyabr 2021, 16:56 Boksçumuz 1/8 finalda 28 Oktyabr 2021, 16:52 İki məhkəmə sədri Şuraya üzv seçildi 28 Oktyabr 2021, 16:47 Suriyada 6 azərbaycanlı ÖLDÜRÜLDÜ 28 Oktyabr 2021, 16:41 Hava yenidən pisləşəcək - Yağış, leysan, qar gəlir 28 Oktyabr 2021, 16:35 "Barselona"dan müvəqqəti məşqçi TƏYİNATI 28 Oktyabr 2021, 16:30 Türkiyə ilə Çin arasında SÖZ SAVAŞI 28 Oktyabr 2021, 16:24 Mənzildə kişi meyiti tapıldı 28 Oktyabr 2021, 16:20 Sənaya təcavüzdə təqsirləndirilən şəxsin şikayəti rədd edildi 28 Oktyabr 2021, 16:15 Lisey koronavirusa görə BAĞLANDI 28 Oktyabr 2021, 16:09 Ötən ay pensiya ALANLAR 28 Oktyabr 2021, 16:04 Qazilərin “polis bizi döydü” ittihamına DİN-dən REAKSİYA 28 Oktyabr 2021, 16:00 UNEC-də beynəlxalq konfrans 28 Oktyabr 2021, 15:58 Deputatlarımız yenidən MDB PA-da vəzifəyə seçildilər 28 Oktyabr 2021, 15:52 Türkiyə Suriyada 2 hərbi əməliyyat HAZIRLAYIR 28 Oktyabr 2021, 15:46 Şəhidin adına profil açıb pul qazananlar TUTULDU 28 Oktyabr 2021, 15:41