Modern.az

Nazirlik xarici ali məktəblərdə təhsilə dair Dövlət Proqramı hazırlayacaq

Nazirlik xarici ali məktəblərdə təhsilə dair Dövlət Proqramı hazırlayacaq

Təhsil

11 Oktyabr 2021, 10:26

Təhsil Nazirliyinə gənclərin nüfuzlu xarici ali məktəblərdə təhsil almalarına dair Dövlət Proqramı hazırlamaq tapşırılıb.

 

Modern.az-ın məlumatına görə, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq sərəncam imzalayıb.

 

Sərəncama əsasən, Təhsil Nazirliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramının layihəsini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür