Arxiv
13 Oktyabr 2021, 12:46 | AKTUAL
Hüquqşünas Aeroport yolundakı qəza ilə bağlı haqlı SUALLAR VERDİ

Bu gün səhər Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verən ağır qəza ilə bağlı müxtəlif müzakirələr açılıb.
21 nəfərin yaralandığı, 5 nəfərin öldüyü hadisənin səbəbləri barədə cürbəcür iddialar səsələndirilir.

Tanınmış hüquqşünas, nəqliyyat və yol məsələləri üzrə ekspert Ərşad Hüseynov Modern.az-a bildirib ki, rəsmi qurumlar və media hazırda əsas diqqəti hadisədə iştirak edən yük avtomobili sürücüsünün 19 yaşda olmasına və qanunsuz ("Fərqlənmə nişanı" olmadan) fəaliyyət göstərməsinə yönəldirlər.

“Belə yanaşma birtərəflidir və düşünürəm ki, bəzi qurumların məsuliyyətdən yayınma cəhdidir.

Əvvəla, yol hərəkəti qaydalarından məlumatı olan hər kəs bilir ki, belə yük avtomobilini idarə etmə hüququ ("C" kateqoriyası) 18 yaşdan əldə oluna bilər. Qanun buna yol verir. Amma cavablandırılmlı olan başqa suallar var:

Niyə bu sürücü "Fərqlənmə nişanı" olmadan fəaliyyət göstərib?

Belə yük avtomobillərinin nə qədəri "Fərqlənmə nişanı" alır?

Ala bilməyənlərin nə problemi var və onlar niyə bu nişanı almadan rahat fəaliyyət göstərirlər?

Belə avtomobil sürücülərinin reysqabağı tibbi yoxlanması keçirilirmi, keçirilmirsə, bunun səbəbi nədir?

Niyə avtobus hava limanı yolu kimi yüksək sürət olan yolda dayanacağa yan ala bilmir? Niyə həmin dayanacağı taksilər az qala sutkaboyu necə zəbt edə bilirlər? Axı hansısa başqa küçədə 1-2 dəqiqə dayanan sürücü dərhal cərimələnir.

Niyə belə avtomobillər hər yerdə necə gəldi hərəkət edə bilirlər? Axı onlarla bağlı problem təkcə arxalarındakı liftin texpasporta yazılmaması deyil (belə qeydin tələb olunması özü ayrıca bir absurddur).

Sualları uzatmaq olar. Amma elə bunlar da yetərlidir. Hər kəs işlə məşğul olmalıdır. Özü də təhlükəsizliyi təmin etməyə yönələn işlə. Həm də heç kəs öz məsuliyyətini başqasının üstünə atmamlıdır”.

Ə.Hüseynov deyib ki, 5 nəfərin həlak olması və 21 nəfərin yaralanmsı ilə nəticələnən faciəli qəzanın detallı səbəbləri hələ açıqlanmasa da, bütün bunlar insanların məsuliyyətsiz davranışının nəticəsidir:

“Nəqliyyatın təhlükəsiz hərəkətini təşkil edən və bu prosesə nəzarət edən məmurların da, sükan arxasında olan sürücünün də bu faciədə günah payı var.

Təxminən 3 il əvvəl Yol hərəkəti təhlükəsizliyinə dair Dövlət proqramı qəbul edildi. Ümid edirdik ki, nəhayət dönüş başlayar. Amma deyəsən heç kimin vecinə də deyil.

Belə məsələləri yola vermək olmaz. Yola verəndə, bu kimi faciələrə çox şahidlik edəcəyik...”.

 
A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Marallarda koronavirus aşkarlandı 3 Dekabr 2021, 17:20 "YAŞAT" Fonduna daxil olan vəsait MƏBLƏĞİ 3 Dekabr 2021, 17:15 Qarabağa gedən yollarda niyə postlar qurulub? - DİN AÇIQLADI 3 Dekabr 2021, 17:10 ADU-də “Bir günlük xəlifə”lər seçilib 3 Dekabr 2021, 17:06 COVID xəstəsi saxlanıldı 3 Dekabr 2021, 17:03 “AzerGold”dan tender qalmaqalı ilə bağlı AÇIQLAMA 3 Dekabr 2021, 17:00 Əfqanıstanda qadını zorla ərə vermək qadağan olundu 3 Dekabr 2021, 16:57 DİM vətəndaşlara müraciət etdi 3 Dekabr 2021, 16:53 “The Banker” ABB-ni “İlin bankı” elan etdi! 3 Dekabr 2021, 16:50 Mina axtarışında ilk dəfə itlərdən istifadə olundu 3 Dekabr 2021, 16:46 Ceyhun Bayramov ATƏT-in media azadlığı üzrə nümayəndəsi ilə görüşüb 3 Dekabr 2021, 16:43 Azərbaycan və Ermənistan arasında vəziyyət həssas olaraq qalmaqdadır  3 Dekabr 2021, 16:40 UNEC İqtisadi Forumu: “Postpandemiya dövründə biznes transformasiyası” 3 Dekabr 2021, 16:35 Xaricdə alınan 67 diplom TANINMADI 3 Dekabr 2021, 16:30 Qubada əl qumbarası tapılıb 3 Dekabr 2021, 16:26 Lirə rekord həddə ucuzlaşdı 3 Dekabr 2021, 16:21 Azərbaycan və Ukrayna XİN başçılarının görüşü olub 3 Dekabr 2021, 16:16 Narkotik satanlar saxlanıldı 3 Dekabr 2021, 16:10 NATO-nun Mobil təlim qrupu Azərbaycanda 3 Dekabr 2021, 16:05 2 ölkə nazirləri görüşdü 3 Dekabr 2021, 16:00 “Tofiq Yaqubluya edilən zorakılığı təxribat hesab edirəm” 3 Dekabr 2021, 15:54 “Addım-addım Vətən”nin BAĞLANIŞI 3 Dekabr 2021, 15:48 Qarabağa mal-qaranın köçürülməsinə hazırlıqlar gedir 3 Dekabr 2021, 15:42 Türkiyə-Azərbaycan birgə universitetin fəaliyyət istiqamətləri AÇIQLANDI 3 Dekabr 2021, 15:36 Kəlbəcərin Tutxun təzahüründə geoloji-axtarış işlərinə başlanılıb - Nazir 3 Dekabr 2021, 15:30 “Pensiya ilə yanaşı, müavinətlər də artacaq” 3 Dekabr 2021, 15:24 Füzulidə karantin nöqtələri yaradılacaq 3 Dekabr 2021, 15:18 Avtomobildən 10 min manatdan artıq pul oğurlandı - VİDEO 3 Dekabr 2021, 15:12 “Elə bil ki, dünyanın başı xarab olub” - Prezidentin müşaviri ilə MÜSAHİBƏ - II HİSSƏ 3 Dekabr 2021, 15:06 Hərbçimizə hücum edən erməni zərərsizləşdirildi 3 Dekabr 2021, 15:00 Naftalanda Beynəlxalq Əlillər Günü 3 Dekabr 2021, 14:56 “Qaraheybət” qəzasındakı helikopterin “qara qutu”su hansı ölkədə DİNLƏNİLƏCƏK? 3 Dekabr 2021, 14:52 GDU-da Elmi Şuranın iclası 3 Dekabr 2021, 14:46 “Hürkuş” təlim təyyarəsi Azərbaycanda sınaqdan keçirildi 3 Dekabr 2021, 14:40 Narkotacirə 15 il həbs cəzası verildi 3 Dekabr 2021, 14:34
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?