Arxiv
15 Oktyabr 2021, 19:51 | DÜNYA
Güneydəki həbslərlə bağlı BƏYANAT

Bütöv Azərbaycan Ocaqları Güneydəki həbslərlə bağlı bəyanat verib.

Modern.az-ın məlumatına görə bəyanatda deyilir:

 

"Azərbaycan Respublikasının 2020-ci ilin 27 sentyabrında başlanan və 44 gün ərzində davam edən İkinci Qarabağ müharibəsində qələbəsi Azərbaycanın Güneyində yaşayan soydaşlarımız tərəfindən də rəğbətlə və sevinclə qarşılanıb.

Azərbaycanın 30 ildən sonra öz torpaqlarını azad etməsinə səs verən 12 nəfər milli fəal Azərbaycan Ordusuna dəstək və İranın Ermənistana yardımlarına etiraz olaraq Ərdəbil şəhərinin Ciral parkında aksiya keçirib.

Aksiya zamanı İran rejiminin təhlükəsizlik qüvvələri tərəfindən döyülərək həbs edilən fəallara 2021-ci il 9 oktyabr tarixində Ərdəbil şəhəri məhkəməsi tərəfindən ümumilikdə 180 ay həbs və 888 qamçı cəzası hökmü çıxarılıb.

Hüseyn Balaxani, Əsgər Əkbərzadə, Mostafa Pərvin, Morteza Pərvin, Moctaba Pərvin, Hamed Heidəri, Mohəmməd Çolani, Sobhan Bəkhşi, Mehdi Hüşmənd, Bəhmən Xeyrcu və Səccad Çolani İran İslam Respublikası Cinayət Məcəlləsinin beşinci kitabının 607-ci maddəsinə əsasən təqsirli bilinərək hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı itaətsizlik göstərdikləri ittihamı ilə 7 ay 16 gün, ictimai asayişi pozmaq ittihamı ilə 7 ay 16 gün həbs və 74 qamçı cəzasına məhkum ediliblər. Həmçinin Əsgər Əkbərzadə polis məmuruna xəsarət yetirməsi iddiası ilə cərimə olunub.

Sonrakı günlərdə də oxşar məqsədlə Azərbaycanın Güneyinin müxtəlif şəhərlərində aksiyalar keçirən milli fəallar da həbs edilib və müvəqqəti azadlığa buraxılıblar.

Biz, Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq son aksiyalar zamanı milli fəallara qarşı İran rejiminin təhlükəsizlik qüvvələri tərəfindən fiziki zor və işgəncələrin tətbiq edilməsini, onlara qarşı qeyri-insani tərzdə davranılmasını və həbs edilmələrini insan hüquqlarının pozulması kimi qəti pisləyərək ciddi narazılığımızı bildirir, onların dərhal azadlığa buraxılmasını tələb edirik"

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Nazirlərin tualetindən kokain tapıldı 5 Dekabr 2021, 17:58 Səudiyyə Ərəbistanı və Fransa arasında müqavilə 5 Dekabr 2021, 17:45 Tanınmış jurnalist dünyasını dəyişdi 5 Dekabr 2021, 17:30 Minskdən Kiyevə nota 5 Dekabr 2021, 17:17 2 azyaşlı bacı dəm qazından zəhərləndi 5 Dekabr 2021, 17:05 Eltac Səfərli liderlər qrupunda 5 Dekabr 2021, 17:00 III doza vaksin vurduranlar 1 milyonu ÖTDÜ 5 Dekabr 2021, 16:44 Bu gün yoluxanlar: 1791 nəfər sağaldı 5 Dekabr 2021, 16:34 Oğuzda ev yandı  5 Dekabr 2021, 16:33 İlon Mask evsiz qaldı 5 Dekabr 2021, 16:29 Avropa Parlamentindən Kremlə ULTİMATUM 5 Dekabr 2021, 16:25 Türk ordusu 3 terrorçunu məhv etdi 5 Dekabr 2021, 16:18 Fati "Bavariya" ilə oyunu buraxacaq 5 Dekabr 2021, 16:04 İranda virus statistikası 5 Dekabr 2021, 15:55 ABŞ kəşfiyyat təyyarəsi Azərbaycan sərhədi boyunca uçdu 5 Dekabr 2021, 15:47 Brüssel masasında nələr var: Bakı İrəvana nələri DİQTƏ EDƏCƏK? 5 Dekabr 2021, 15:31 Gəncədə ağır qəza: ölənlər var 5 Dekabr 2021, 15:16 Gürcüstandan Ermənistana keçid qaydaları dəyişdi 5 Dekabr 2021, 15:12 Şabranda qardaş bacısını öldürdü 5 Dekabr 2021, 15:02 Federasiyadan seyf OĞURLADILAR 5 Dekabr 2021, 14:58 Göyçayda polis viruslu xəstələri saxladı 5 Dekabr 2021, 14:52 Marş "Leyptsiq"dən ayrıldı 5 Dekabr 2021, 14:44 Tanınmış şair dünyasını dəyişdi 5 Dekabr 2021, 14:35 Rusiyada koronavirus statistikası 5 Dekabr 2021, 14:23 Suriyadakı ABŞ bazasına hücum 5 Dekabr 2021, 14:15 Gəncədə "avtoş"lar saxlanıldı 5 Dekabr 2021, 14:12 Virus xəstəsi məsuliyyətə cəlb edildi 5 Dekabr 2021, 14:08 Nazir ekspertlərlə görüşdü 5 Dekabr 2021, 13:58 Türkiyədə evləri su basdı 5 Dekabr 2021, 13:51 Hindistanda atışma: ölənlər var 5 Dekabr 2021, 13:44 Avstraliya parlamenti bağlandı 5 Dekabr 2021, 13:40 Nur-sultanda xeyriyyə festivalı 5 Dekabr 2021, 13:31 Ramiz Abutalıbovun vəziyyəti AĞIRDI   5 Dekabr 2021, 13:19 İlin ən yaxşı futbol hakimi açıqlandı 5 Dekabr 2021, 13:14 Polşa sərhədçiləri rus gəmisini saxladı 5 Dekabr 2021, 13:10
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?