Modern.az

Türkiyənin yetkin əhalisinin 76%-i tam peyvəndlənib

Türkiyənin yetkin əhalisinin 76%-i tam peyvəndlənib

Dünya

16 Oktyabr 2021, 23:25

Türkiyədə son sutka ərzində yeni növ koronavirusa (COVID-19) yoluxan 212 nəfər həyatını itirib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Son 24 saatda COVID-19 infeksiyası ilə əlaqədar 357 167 nəfərdən test götürülüb, onların 28 537-nin testi pozitiv nəticə verib. Aktiv xəstələrdən 25 611 nəfəri sağalıb.

 

Qeyd edək ki, Türkiyənin 18 yaşdan yuxarı əhalisinin 88,34%-nə bir doza,  76,09%-nə isə iki doza koronavirus əleyhinə vaksin vurulub.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır