Modern.az

Suriyada yeni konstitusiyanın hazırlanması barədə razılıq

Suriyada yeni konstitusiyanın hazırlanması barədə razılıq

Dünya

17 Oktyabr 2021, 22:30

Suriya Konstitusiya Komitəsində təmsil olunan hökumət və müxalifət nümayəndələri yeni konstitusiyanın hazırlanması prosesinə başlamaq barədə razılığa gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Suriya üzrə xüsusi nümayəndəsi Qeir Pedersen məlumat verib.

 

Xüsusi nümayəndə bir həftə davam edəcək danışıqlardan əvvəl ilk dəfə tərəflərin konstitusiya islahatı hazırlamaq barədə razılığa gəldiyini söyləyib.

 

Suriyanın hökumət, müxalifət və vətəndaş cəmiyyətini təmsil edən 45 nümayəndədən ibarət olan komitə Birləşmiş Millətlər Təşkilatının nəzarət etdiyi seçkilər keçirmək üçün yeni əsas qanun hazırlamaq səlahiyyətinə malikdir.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi