Modern.az

Bütün təhdidlər puç olacaq

Bütün təhdidlər puç olacaq

Aktual

19 Oktyabr 2021, 13:09

Azərbaycan Ordusunun 30 illik işğala 44 gün ərzində son qoymasının, düşmən haqqında uydurulan bütün mifləri darmadağın etməsinin, hərbi əməliyyatların tarixində əsgər və zabitlərinin timsalında misilsiz qəhrəmanlıq nümunələri nümayiş etdirməsinin əsas səbəbi əyilməz ruhumuz, vətənpərvərliyimiz, Vətənimizə olan nəhayətsiz sevgimizdir.

 

Bu sözləri Modern.az saytına açıqlamasında deputat, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.

 

Prezident İlham Əliyevin Fizuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdəki çıxışına diqqət çəkən millət vəkili dövlətimizin başçısının gələcəyimizlə bağlı çox mühüm mesajlar verdiyini diqqətə çatdırıb: 

 

“Cənab Prezident məhz Vətənə olan sevgimizin, vətənpərvərliyimizin xalqımızı bundan sonra da yenilməz xalq kimi yaşadacağını qeyd etdi və qarşımızda dayanan vəzifələrin icrası üçün gələcək nəsillərimizi də vətənpərvərlik ruhunda yetişdirməyimizin vaciblıiyini vurğuladı. Çünki Ali Baş Komandanın da dediyi kimi vətənpərvərlik, Vətənə bağlılıq olsa, heç bir qüvvə bizim qarşımızda dura bilməz. Bu baxımdan, Vətənə təmənnasız məhəbbət təkcə döyüş meydanında deyil, həyatımızın bütün sahələrində uğurlarımızın əsasını təşkil edir. Qarşımızda dayanan məqsədlərə çatmağımızın da yolu gələcək nəsillərimizin vətənpərvər ruhda böyüməsindən asılıdır. Bu olmasa, arzularımız yarımçıq qalar. Arzularımız, hədəflərimiz isə böyükdür”. 

 

Deputat həm müharibə zamanı, həm də müharibədən sonra bəzilərinin Azərbaycanı hədələməyə cəhd göstərdiklərini, lakin Prezident İlham Əliyevin qətiyyəti, Azərbaycan xalqının möhtəşəm birliyi qarşısında bütün təhdidlərin puç olduğunu dilə gətirib:

 

“Azərbaycan Prezidenti öz çıxışında heç kimin bizim iradəmizi əyə bilməyəcəyini bildirdi. Çünki bu iradə ədalətə, haqqa, Azərbaycan xalqının yenilməz ruhuna, Vətən sevgisinə, dövlətimizin liderinin iti zəkasına, cəsarətli, qətiyyətli mövqeyinə, milli birliyimizə əsaslanır”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır