Arxiv
19 Oktyabr 2021, 18:30 | AKTUAL
Universitetdə “Özbək dili günü” - FOTOLAR

Oktyabrın 19-da Azərbaycan Dillər Universitetində (ADU) “Özbək dili günü”nə həsr olunmuş “Ana dilim qürurum, fəxrim” mövzusunda Beynəlxalq elmi konfrans keçirilib.

 

Modern.az xəbər verir ki, ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla konfrans iştirakçılarını salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Rektor konfrans iştirakçılarına “Özbək dili günü” ilə əlaqədar təbrik sözlərini çatdırıb:

 

“Qardaş Özbəkistan xalqı ilə bizim tarixi bağlılığımız həyat fəaliyyətinin bütün sahələrində özünü göstərir. Min illərdi bir coğrafiyada həm milli, həm mədəni, həm də dini ortaq cəhətlərimizlə bir-birimizə nə qədər doğma və yaxın xalqlar olduğumuzu göstərə bilmişik. Həmçinin ədəbi və mədəni əlaqələrimiz bu gün də uğurla davam etməkdədir. Özbək dili qədim türk dillərindən biridir. Biz demək olar ki, xalq olaraq bir-birimizi rahat şəkildə başa düşür, bir-birimizin fikirlərini rahatlıqla qarşı tərəfə çatdıra bilirik. Bu da çox əlamətdar bir hadisədi. Bu bir daha onu göstərir ki, biz bir kökə, bir dilə və bir dinə mənsub xalqlarıq. Özbək dili ilə bağlı Azərbaycanda bir çox tədqiqat işləri aparılır. Gələcəkdə istərdik ki, Özbək dili ilə bağlı Azərbaycan Dillər Universitetində də bir mərkəz fəaliyyətə başlasın. Həmçinin Özbəkistanda da Azərbaycan dili ilə bağlı bir mərkəz yaradılsın. Bu, bizim qarşılıqlı əlaqələrimizin bundan sonra da uğurla inkişaf etdirilməsində müstəsna əhəmiyyət kəsb etmiş olar.”

 

Özbəkistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov konfrans təşkilatçılarına minnətdarlığını bildirib. Qeyd olunub ki, Özbək dilinin inkişafına dair islahatlar daima ölkəsinin diqqətindədir: “Həmçinin dost və qardaş Azərbaycanda da Özbək dili ilə bağlı mühüm işlər görülməkdədi. Bu işlərin nəticəsində əlaqələrimiz möhkəmlənir və davamlı xarakter almağa başlayır. Beləliklə, hər iki tərəf arasında həm elmi, həm mədəni, həm də ədəbi əlaqələr yeni inkişaf xətti üzrə şaxələnməyə başlayır.”

 

Milli Məclisin Azərbaycan-Özbəkistan  Dostluq Cəmiyyətinin rəhbəri, Azərbaycan-Özbəkistan Parlamentlərarası Əlaqələr İşçi Qrupunun rəhbəri Eldar İbrahimov tarixi bir gün ilə bağlı öz ürək sözlərini konfrans iştirakçıları ilə bölüşüb: “Bu gün tarixi bir gündür. Azərbaycan-Özbəkistan xalqlarının qardaşlığı, dostluğu yüksələn xətt üzrə inkişaf etməkdədir. Bu da bizi sevindirir. Ortaq dil məsələsi müasir dünyada bizim qarşımızda duran əsas məsələlərdən biri hesab olunur. Çalışmaq lazımdır ki, türk xalqlarının birgə istifadə edə biləcəyi ortaq dil ilə bağlı yekdil qərara gələk. Bu həm tarixi, həm müasir dövr üçün böyük bir əhəmiyyət kəsb edir.”

 

Daha sonra konfrans məruzələrlə davam edib. AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunun “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri” şöbəsinin müdiri, filologiya elmləri doktoru, nəvaişünas alim Almaz Ülvi, dosent, filologiya üzrə fəlsəfə doktoru Akif Azalp, BDU-nun professoru Ramiz Əsgər, AMEA-nın alimi, Azərbaycanın Özbəkistandakı mədəniyyət mərkəzinin nümayəndəsi Kərim Məmmədzadə, Bakı Musiqi Akademiyasının professoru, əruzşünas alim Tərlan Quliyev məruzlərlə çıxış ediblər.

 

Tədbirdə ADU-nun tələbələri özbək dilində şeir səsləndiriblər.

 

Konfrans Özbəkistan Respublikasının vətəndaşı, filoloq Şahəstə Kamranlının “Özbək dili günü”nə həsr olunmuş “Şöhrətin uca olsun, Ana dilim” videosunun nümayişi ilə başa çatıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Facebook-un aktiv DEPUTATLARI - Bəzi xanımlar kişiləri geridə qoyur 30 Noyabr 2021, 15:33 Çavuşoğlu Ceyhun Bayramova başsağlığı verdi 30 Noyabr 2021, 15:15 Dindarlar niyə qalstuk taxmır? 30 Noyabr 2021, 15:09 Rüsumsuz gətirilən malların limiti azaldılıb? 30 Noyabr 2021, 15:04 Havanın kəskin dəyişməsinin  SƏBƏBLƏRİ 30 Noyabr 2021, 15:00 Çavuşoğlu ATƏT-in iclasına gedəcək 30 Noyabr 2021, 14:55 “Omricon”dan qorunmaq üçün III doza ÇAĞIRIŞI 30 Noyabr 2021, 14:50 Bank kartlarından pul OĞURLADILAR 30 Noyabr 2021, 14:45 Bu il əlillik təyin edilən şəxslərin SAYI 30 Noyabr 2021, 14:40 Müəllimlərin dərs saatı bölgüsündə NARAZILIQ 30 Noyabr 2021, 14:35 Magistraturaya hazırlaşanlar üçün sınaq İMTAHANI 30 Noyabr 2021, 14:30 Cahit Bağçı Azərbaycana başsağlığı verdi 30 Noyabr 2021, 14:26 73 mülki şəxs minaya düşüb - 24 nəfər ölüb 30 Noyabr 2021, 14:23 Türkiyə Azərbaycana başsağlığı verdi 30 Noyabr 2021, 14:20 Yeni Avrasiya kiminlə və necə qurulur? - TƏHLİL 30 Noyabr 2021, 14:14 Prezident pakistanlı naziri qəbul etdi 30 Noyabr 2021, 14:08 Aşqabad zirvəsi 30 Noyabr 2021, 14:05 3 avtobus sürücüsü narkotiklə TUTULDU 30 Noyabr 2021, 14:03 Yüksək postlar ancaq kişilər üçün “bron” edilib? 30 Noyabr 2021, 14:00 “Nar”dan DƏSTƏK 30 Noyabr 2021, 13:59 Həbsdə olan jurnalistin səhhəti pisləşib 30 Noyabr 2021, 13:57 Bakıda Aşıq Ələsgərə abidə qoyulacaq - SƏRƏNCAM 30 Noyabr 2021, 13:53 Süleyman Rüstəmin Vilayət Quliyevə iradı: “Get, harada istəyirsən yaz!” 30 Noyabr 2021, 13:49 3 baş nazirləri bir arada 30 Noyabr 2021, 13:43 “Omicron” təhlükəli deyil 30 Noyabr 2021, 13:42 2 milyondan çox insanın sosial ödənişlərində artım olacaq - Nazir 30 Noyabr 2021, 13:40 SOCAR-ın strategiyasında alternativ enerji yer alıb 30 Noyabr 2021, 13:40 Dekabrın ilk gününün HAVASI 30 Noyabr 2021, 13:37 Azərbaycan Türkiyəyə başsağlığı verdi 30 Noyabr 2021, 13:32 ABŞ səfirliyindən “Lütfi Zadə AÇIQLAMASI” 30 Noyabr 2021, 13:28 Ukraynalı nazir: “İndi əsas məqsəd Rusiyanı cilovlamaqdır” 30 Noyabr 2021, 13:24 COVID-19-a yoluxmuş şagirdlərin SAYI 30 Noyabr 2021, 13:19 Əlvida, nağaranın ŞAHI - Səndən bir də olmayacaq! 30 Noyabr 2021, 13:14 Baş prokurorun 1-ci müavini qəza yerinə getdi 30 Noyabr 2021, 13:10 Bakıdan Naxçıvana iki reys gecikir - SƏBƏB 30 Noyabr 2021, 13:05
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?