Arxiv
20 Oktyabr 2021, 10:14 | AKTUAL
Böyük Britaniya səfiri Bakı Ali Neft Məktəbində

Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp Bakı Ali Neft Məktəbində (BANM) olub. BANM-in rektoru Elmar Qasımov səfirlə görüşərək AIi Məktəbin tarixi, uğurları, tədris prosesi barədə məlumat verib. Böyük Britaniyanın ali təhsil müəssisələri ilə əməkdaşlıqdan bəhs edən rektor qeyd edib ki, BANM-in quruculuğunda bu ölkənin Heriot-Vatt Universitetinin böyük rolu olub və hazırda da həmin Universitet əsas tərəfdaşlardan biridir.

 

 Daha sonra səfir Ceyms Şarpın Ali Məktəbin tələbələri ilə görüşü keçirilib. Görüşdə səfir iqlim dəyişikliyi və onun təsirlərinə qarşı mübarizənin əhəmiyyətindən, ölkələrin karbon qazı emissiyalarının sıfıra endirilməsi istiqamətində öhdəliklərindən bəhs edib. O, iqlim dəyişikliklərinin və onun canlı aləmə təsirinin getdikcə dünyanı daha çox narahat etdiyini vurğulayaraq, karbon qazı emissiyalarının azaldılması istiqamətində mübarizə metodlarından, bu sahədə qlobal səviyyədə və Böyük Britaniyanın həyata keçirdiyi tədbirlərdən danışıb. Bərpa olunan enerjinin əhəmiyyətini də vurğulayan səfir, istixana qazlarının emissiyalarının azaldılmasının ətraf mühitin qorunması istiqamətində rolunu qeyd edib və ətraf mühitin qorunmasında birgə əməkdaşlığın vacibliyinə toxunub.

 

Səfir, həmçinin xatırladıb ki, bu ilin noyabr ayında Qlazqo şəhərində BMT-nin iqlim dəyişikliyi konfransı - COP26 keçiriləcək və dünya liderləri qlobal iqlim dəyişikliyi təhlükəsi ilə mübarizə yollarını razılaşdırmaq məqsədi ilə bir araya gələcəklər. O qeyd edib ki, "British Council" təşkilatı və Böyük Britaniyanın Bakıdakı Səfirliyi həyata keçirdiyi müxtəlif təhsil və mədəni proqramlar vasitəsi ilə Azərbaycanda COP26 məqsədlərinə dəstək göstərir və bu mövzuda bir çox tədbirlər təşkil edir: "Bizim əsas məqsədimiz iqlim əməkdaşlığına dair dialoq imkanlarını artırmaq, gənclərimizin iqlim dəyişikliyi mövzusunda təşkil olunan müzakirələrdə iştirakını genişləndirməkdir".

 

 Səfir Ceyms Şarp Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq barədə də danışaraq, təşkil olunan proqramlar çərçivəsində Azərbaycan gəncləri ilə planlaşdırılan görüşlərin ilkinin məhz BANM tələbələri ilə keçirməkdən məmnunluğunu ifadə edib. Sonra tələbələri maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb, onların sualları cavablandırılıb.

  

Səfir Ceyms Şarpa Bakı Ali Neft Məktəbinin "Fəxri qonaq" plaketi təqdim olunub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Hər il COVID peyvəndi vurdurmaq lazım ola bilər 4 Dekabr 2021, 00:55 Bayden xəstələndiyini etiraf etdi 4 Dekabr 2021, 00:35 Rusiyadan daha 12 müəssisəyə pomidor idxalına icazə 4 Dekabr 2021, 00:21 Vətən müharibəsində iştirak etmiş həkimlər Milli Məclisdə 4 Dekabr 2021, 00:00 Mişa ona qurulan məhkəməni “milli biabırçılq” adlandırdı - Hər larinin hesabatını verməyə hazıram 3 Dekabr 2021, 23:50 QHT Agentliyi qrant müsabiqəsi elan etdi 3 Dekabr 2021, 23:44 Pakistandan yeni PUA təqdimatı   3 Dekabr 2021, 23:36 ABŞ-da abort qadağan edilə bilər 3 Dekabr 2021, 23:14 Daha bir ölkədə "Omicron" aşkarlandı 3 Dekabr 2021, 22:56 İki begemot koronavirusa yoluxdu 3 Dekabr 2021, 22:37 Aİ-dən Ukraynaya daha 1,4 milyon avro yardım 3 Dekabr 2021, 22:14 İraqdan “Bayraktar TB2” üçün 100 milyon dollar 3 Dekabr 2021, 22:01 Gürcüstanda azərbaycanlıların kəndində silahlı insident 3 Dekabr 2021, 21:51 BƏƏ Fransadan qırıcı və helikopter alır 3 Dekabr 2021, 21:28 “Qaraheybət” şəhidlərinin ailələrinə bu ödənişlər veriləcək 3 Dekabr 2021, 21:16 Yasamalda binada yanğın - Ölən var 3 Dekabr 2021, 20:52 Azərbaycanda vaksinə xərclənən vəsait 500 MİLYONA ÇATIR 3 Dekabr 2021, 20:37 Heydər Əliyev Fondu ilə UNICEF arasında  memorandum 3 Dekabr 2021, 20:32 Ərdoğan və Putin Soçi görüşünü müzakirə etdi - YENİLƏNİB 3 Dekabr 2021, 20:21 Göyçayın baş həkimi işdən ÇIXARILDI 3 Dekabr 2021, 20:09 Nazirliyin təklifilə bağlı qərar 3 Dekabr 2021, 19:59 Türkiyə ordusu şəhid VERDİ 3 Dekabr 2021, 19:31 Merkel bu tarixdə siyasətdən GEDİR 3 Dekabr 2021, 19:17 "Omicron" aşkarlanan ölkələrin SAYI 3 Dekabr 2021, 19:09 Bakıda 18 yaşlı qızı intihara məcbur edən şəxs HƏBS EDİLDİ 3 Dekabr 2021, 19:00 Türkiyə və Azərbaycan pilotları təlimdə - VİDEO 3 Dekabr 2021, 18:52 Son sutkanın vaksin STATİSTİKASI   3 Dekabr 2021, 18:45 Yoluxma sayı açıqlandı: 24 ölüm baş verdi 3 Dekabr 2021, 18:38 Vilayət Eyvazov əməkdaşlarına TƏLƏB QOYDU 3 Dekabr 2021, 18:30 Xəzərdə cəsəd qalıqları tapıldı 3 Dekabr 2021, 18:22 125 yaşlı Sona nənə dünyasını DƏYİŞDİ 3 Dekabr 2021, 18:15 Məşhur Xalq artisti vəfat etdi 3 Dekabr 2021, 18:08 BMU-dan əlil sahibkarlara dəstək 3 Dekabr 2021, 18:00 Oxçuçayla bağlı tədqiqat qrupu yaradılır 3 Dekabr 2021, 17:55 "Omicron" Braziliyada da AŞKARLANDI 3 Dekabr 2021, 17:50
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?