Modern.az

Haaqada Nizami Gəncəvi GECƏSİ

Haaqada Nizami Gəncəvi GECƏSİ

Diaspor

20 Oktyabr 2021, 12:09

Niderland Krallığında fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) təşəbbüsü ilə Haaqa şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. 

 

Modern.az xəbər verir ki, Azərbaycanın Niderlanddakı səfirliyində baş tutan tədbirdə diplomatik
korpusumuzun əməkdaşları, Azərbaycan və digər icmaların nümayəndələri, yerli iş
adamları iştirak ediblər.

 

Tədbirdə ölkəmizin Niderlanddakı fövqəladə və səlahiyyətli səfiri Fikrət Axundov və BAK sədri Elsevər Məmmədov çıxış ediblər. Onlar qüdrətli söz ustadının həyat və yaradıcılığından, Azərbaycan və dünya ədəbiyyatına bəxş etdiyi misilsiz irsdən danışıblar. Gecənin ədəbi-bədii hissəsində şairin ölməz poeziyasından şeirlər səslənib, sözlərinə bəstələnmiş əsərlər ifa edilib, kamança ustası İlham Babayevin ifasında muğam parçaları təqdim olunub.

 

Qeyd edək ki, tədbirin bədii hissəsinin ərsəyə gəlməsində BAK sədr müavini Sima
Cəfərlinin və Azərbaycan-Niderland “Odlar Yurdu” Cəmiyyətinin sədri Frəngiz
Bağırovanın böyük əməyi olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir