Arxiv
21 Oktyabr 2021, 14:06 | AKTUAL
Kamal Abdulla ingilis professorları ilə görüşüb

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla ABŞ-ın Alabama-Birmingen Universitetinin professorları Joseph Wood və Ann Bach ilə görüşüb.

 

Modern.az xəbər verir ki, qonaqları rəhbərlik etdiyi ali təhsil ocağında görməkdən məmnun olduğunu deyən rektor, tələbələrə və müəllimlərə mühazirə oxuduqlarına görə onlara təşəkkürünü bildirib:

 

“İnanıram ki, bizim tələbələr və müəllimlər sizin kimi öz sahəsinin nüfuzlu alimlərindən bir çox vacib bilgilər alıblar. Əlbəttə, bu, tələbələrin mütəxəssis kimi formalaşmasına, müəllimlərin isə öz sahəsində daha da təkmilləşməsinə öz müsbət təsirini göstərəcək. Azərbaycan Dillər Universiteti geniş beynəlxalq əlaqələri olan ali təhsil ocağıdır. Bizim universitetdə 20 ölkənin dil və mədəniyyət mərkəzi fəaliyyət göstərir. Ümid edirəm, sizin çalışdığınız Alabama- Birmingen Universiteti ilə də əməkdaşlığımız gələcəkdə daha sıx şəkildə davam edəcək, qarşılıqlı maraqlı layihələrimizdən tələbələrimiz və müəllimlərimiz faydalana biləcəklər”.

 

Akademik Kamal Abdulla qonaqlara “Kitabi-Dədə Qorqud” və “Beovulf” dastanlarının müqayisəli tədqiqi layihəsini birgə həyata keçirməyi təklif edib. Rektor bildirib ki, bu, ADU-nun və Alabama-Birmingen Universitetinin alimləri üçün yeni elmi perspektivlər açacaq.

 

Professorlar Joseph Wood və Ann Bach ADU-da olmaqdan, tələbə və müəllimlərlə görüşdən məmnun olduqlarını bildiriblər. Universitetdən xoş təəssüratla ayrıldıqlarını deyən alimlər “Kitabi-Dədə Qorqud” və “Beovulf” dastanlarının birgə öyrənilməsi təklifini müsbət qarşılayıb, təmsil etdikləri universitetdə bununla bağlı məsələ qaldıracaqlarını qeyd ediblər.

 

Görüş ədəbiyyatşünaslıq və linqvistikanın perspektivləri, inkişaf meylləri, tərcümə sənətinin müzakirəsi ilə davam edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyədə hərbçi şəhid oldu 9 Dekabr 2021, 15:26 “ASAN müraciət”in Əsasnaməsi TƏSDİQLƏNDİ   9 Dekabr 2021, 15:20 Vidadi Muradov çayçını şirkət direktoru təyin edib - MƏHKƏMƏ 9 Dekabr 2021, 15:14 Nazirlikdəki islahatlar davamlı olacaq 9 Dekabr 2021, 15:10 Spiker Mustafa Şentopla görüşüb 9 Dekabr 2021, 15:06 Aşıq Ələsgərin nəvəsinin təklifinə metropolitendən REAKSİYA 9 Dekabr 2021, 15:00 Nizami rayonuna su verilməyəcək 9 Dekabr 2021, 14:55 Ruslan Əliyev sualları cavablandıracaq 9 Dekabr 2021, 14:50 Müştərilərə qəlyan təklif edən şəxs həbs olundu 9 Dekabr 2021, 14:45 Azərbaycan hər zaman zəfərlərə yol açacaq 9 Dekabr 2021, 14:40 İranda 78 nəfər koronavirusdan öldü 9 Dekabr 2021, 14:36 Tovuz çayı üzərində körpü tikilir - FOTOLAR 9 Dekabr 2021, 14:32 Azərbaycanda daha bir qadağa LƏĞV OLUNUR 9 Dekabr 2021, 14:28 Xəzər sahilində təyyarə yerə çırpılıb - Xəsarət alanlar var 9 Dekabr 2021, 14:23 Lerikdə dağ-meşə ərazisində yanğın olub 9 Dekabr 2021, 14:20 Bu jurnalistlərə vahid vəsiqə veriləcək 9 Dekabr 2021, 14:16 Bəzi jurnalistlərə güzəşt və imtiyazlar veriləcək 9 Dekabr 2021, 14:12 Dövlət Komitəsində britaniyalı analitiklərlə GÖRÜŞ 9 Dekabr 2021, 14:08 Mərkəzi Bank banklara vaxt verdi  9 Dekabr 2021, 14:05 Bir ildə 189 vətəndaşımız minaya düşüb - RƏSMİ 9 Dekabr 2021, 14:03 Almaniyanın "İşıqfor hökuməti” nə vəd edir? - ŞƏRH 9 Dekabr 2021, 14:00 Aşıq Ələsgərin nəvəsi - Metrostansiyalardan birinə babamın adı verilsin! 9 Dekabr 2021, 13:58 Onlayn medianın təsisi üçün icazə tələb olunmayacaq 9 Dekabr 2021, 13:54 “Beşiktaş”ın baş məşqçisi istefa verdi 9 Dekabr 2021, 13:50 Media orqanlarının bir-birindən xəbər “oğurlaması” qadağan edilir 9 Dekabr 2021, 13:47 Şuşadakı mina partlayışı ilə bağlı cinayət işi AÇILDI 9 Dekabr 2021, 13:43 ANAMA Daşaltıda minaya düşən şəxslərlə bağlı məlumat YAYDI 9 Dekabr 2021, 13:40 Misir Mərdanov: “Müsahibə verdim, qalmaqal yarandı, daha danışmıram...” 9 Dekabr 2021, 13:35 Şuşada məktəb tikintisinə BAŞLANILIR 9 Dekabr 2021, 13:29 İstanbulda Heydər Əliyevin Anım Günü keçirilib 9 Dekabr 2021, 13:24 Ağalı kəndində təhsil distant olacaq - Nazir 9 Dekabr 2021, 13:20 200 şəhid portreti çəkən lerikli rəssam - VİDEO 9 Dekabr 2021, 13:15 Prokuror Rasim Quliyevə 6 il iş istədi 9 Dekabr 2021, 13:12 Sabah Bakıda yağış yağacaq 9 Dekabr 2021, 13:09 Bağlanan Məktəb-Lisey Kompleksi açıldı 9 Dekabr 2021, 13:05
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?