Arxiv
23 Oktyabr 2021, 13:35 | ANALİTİKA
Bakı ilə İrəvan iki SƏNƏD imzalayacaq: Kremlin xəritələri sülhü yaxınlaşdırır? - ŞƏRH

Rusiyanın “RİA Novosti” Agentliyi Qarabağdakı vəziyyətlə yaxından tanış olan mənbəyə istinadən yayımladığı xəbərdə noyabrın ilk ongünlüyündə Kremldə Rusiya, Azərbaycan və Ermənistan liderləri Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan arasında üçtərəfli görüşün keçiriləcəyini bildirib.


Xəbərdə görüşün noyabrın 8-i və ya 9-da keçirilə biləcəyi vurğlanıb. Bu o deməkdir ki, Kreml görüşün İkinci Qarabağ müharibəsinin bitməsinin bir ilinin tamamında keçirməyi planlaşdırır.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Modern.az-a bildirib ki, Kremlin görüş üçün bu tarixə üstünlük verməsi təsadüfi deyil.

“Bununla Kreml həm ətraf aləmə mesaj göndərir ki, “proses Kremlin nəzarətindədir”, həm də demək istəyir ki, “məsələni həll edə biləcək tək ölkə Rusiyadır”. Təsadüfi deyil ki, Rusiya prezidenti Vladimir Putin bir neçə gün əvvəl “Valday” diskussiya klubunun iclasında Azərbaycanla Ermənistan arasındakı sərhəd probleminin həllində vasitəçi ola biləcək yeganə ölkənin Rusiyanın olduğunu vurğulayıb. Kreml sahibi bunu belə əsaslandırıb ki, keçmiş sovet respublikalarının sərhədlərini müəyyənləşdirən xəritələr Moskvadadır. Digər tərəfdən müharibətin bitməsindən sonra Azərbaycan, Rusiya və Ermənistanın baş nazirlərinin müavinləri səviyyəsində keçirilən bir neçə üçtərəfli görüşün bu mərhələsini məntiqi sonluğa yaxınlaşdırmaq lazımdır”.


Qeyd edək ki, “RİA Novosti” agentliyinin yayımladığı xəbərdə liderlərin növbəti görüşündə iki maddəli sənədin imzalanacağı bildirilib.


Birinci maddə Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyasına aid olacaq. Xəbərdə yazılıb ki, “bu mürəkkəb prosesdir və tərəflər Rusiyanın vasitəçiliyi ilə özləri üçün məsələnin həlli ilə bağlı "yol xəritəsini" müəyyən edəcəklər”.


İkinci sənəd bölgədə nəqliyyat kommunikasiyalarının açılmasına dair olacaq. Xəbərdə bu məsələnin hələ ötən ilin noyabrında üç ölkənin lideri tərəfindən qəbul olunmuş bəyanatda öz əksini tapdığı xatırlanıb.

Elxan Şahinoğlu xatırladıb ki, “RİA Novosti” Rusiya hökumətinə bağlı informasiya agentliyidir. Ona görə də liderlərin noyabrın 8-i və ya 9-da görüşəcəyi ehtimalı yüksəkdir.

“Azərbaycan prezidenti hər iki sənədi imzalamağa hazırdır. Sərhədlərin müəyyənləşməsi və kommunikasiya xətlərinin açılması Azərbaycanın maraqlarına uyğundur. Buna artıq Ermənistanın baş naziri Nikol Paşinyan da etiraz etmir. O son açıqlamasında Naxçıvanla Azərbaycanın materik hissəsini birləşdirən nəqliyyat yollarının açılması mümkünlüyünü bildirib. Yəni Paşinyan erməni cəmiyyətini buna hazırlayıb. Rusiya prezidenti Vladimir Putin də Naxçıvana uzanan kommunkasiya xətlərinin açılması zərurətini “Valday”dakı müzakirələrdə səsləndirib.


Buna baxmayaraq, “RİA Novosti”nin yayımladığı xəbərdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması barədə heç nə yoxdur. Paşinyan buna hələ hazır deyil. Ancaq əgər sərhədlərin müəyyənləşməsi məqsədilə danışıqlar başlayacaqca və kommunkasiya xətləri açılacaqsa, növbəti addım iki dövlətin bir-birlərinin ərazi bütövlüklərini tanıyan sülh sazişinin imzalanması olacaq. Maraqlıdır ki, Vladimir Putin “Valday”dakı çıxışında belə bir fikir də işlədib: “Söhbət Qarabağda rusiyalı sülhməramlıların müddətinin uzadılmasından getmir...”. Başqa sözlə Putin bu məsələdə israrlı deyil. Bizə də elə bu lazımdır. Bəlkə elə ona görədir ki, Qarabağ separatçılarının lideri Araik Arutunyan ətrafındakılara deyib ki, onlardan tərksilah olunmağı tələb edirlər...”,-E.Şahinoğlu bildirib.


A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
2 azyaşlı bacı dəm qazından zəhərləndi 5 Dekabr 2021, 17:05 Eltac Səfərli liderlər qrupunda 5 Dekabr 2021, 17:00 Ölkənin vaksin mənzərəsi 5 Dekabr 2021, 16:44 Bu gün yoluxanlar: 1791 nəfər sağaldı 5 Dekabr 2021, 16:34 Oğuzda ev yandı  5 Dekabr 2021, 16:33 İlon Mask evsiz qaldı 5 Dekabr 2021, 16:29 Avropa Parlamentindən Kremlə ULTİMATUM 5 Dekabr 2021, 16:25 Türk ordusu 3 terrorçunu məhv etdi 5 Dekabr 2021, 16:18 Fati "Bavariya" ilə oyunu buraxacaq 5 Dekabr 2021, 16:04 İranda virus statistikası 5 Dekabr 2021, 15:55 ABŞ kəşfiyyat təyyarəsi Azərbaycan sərhədi boyunca uçdu 5 Dekabr 2021, 15:47 Brüssel masasında nələr var: Bakı İrəvana nələri DİQTƏ EDƏCƏK? 5 Dekabr 2021, 15:31 Gəncədə ağır qəza: ölənlər var 5 Dekabr 2021, 15:16 Gürcüstandan Ermənistana keçid qaydaları dəyişdi 5 Dekabr 2021, 15:12 Şabranda qardaş bacısını öldürdü 5 Dekabr 2021, 15:02 Federasiyadan seyf OĞURLADILAR 5 Dekabr 2021, 14:58 Göyçayda polis viruslu xəstələri saxladı 5 Dekabr 2021, 14:52 Marş "Leyptsiq"dən ayrıldı 5 Dekabr 2021, 14:44 Tanınmış şair dünyasını dəyişdi 5 Dekabr 2021, 14:35 Rusiyada koronavirus statistikası 5 Dekabr 2021, 14:23 Suriyadakı ABŞ bazasına hücum 5 Dekabr 2021, 14:15 Gəncədə "avtoş"lar saxlanıldı 5 Dekabr 2021, 14:12 Virus xəstəsi məsuliyyətə cəlb edildi 5 Dekabr 2021, 14:08 Nazir ekspertlərlə görüşdü 5 Dekabr 2021, 13:58 Türkiyədə evləri su basdı 5 Dekabr 2021, 13:51 Hindistanda atışma: ölənlər var 5 Dekabr 2021, 13:44 Avstraliya parlamenti bağlandı 5 Dekabr 2021, 13:40 Nur-sultanda xeyriyyə festivalı 5 Dekabr 2021, 13:31 Ramiz Abutalıbovun vəziyyəti AĞIRDI   5 Dekabr 2021, 13:19 İlin ən yaxşı futbol hakimi açıqlandı 5 Dekabr 2021, 13:14 Polşa sərhədçiləri rus gəmisini saxladı 5 Dekabr 2021, 13:10 85 yaşlı kişi partlayışda öldü 5 Dekabr 2021, 12:59 Ərdoğan: "Gələn ilin ilk aylarından..." 5 Dekabr 2021, 12:58 Göygöldə qadın itkin düşdü 5 Dekabr 2021, 12:46 Soydaşlarımız bu il Həmrəylik Gününü necə qeyd edəcək? 5 Dekabr 2021, 12:40
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?