Arxiv
25 Oktyabr 2021, 13:28 | AKTUAL
Ombudsman Ermənistan cinayətlərindən DANIŞDI

Ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikasının Ayrı-seçkiliyə qarşı Müdafiə Komissiyasının rəhbəri Ana Cumaliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Ombudsman Aparatında görüş keçirilib.

 

Ombudsman Aparatından Modern.az-a verilən məlumata görə, görüş zamanı Ombudsman Səbinə Əliyeva qonaqları salamlayaraq, iki ölkə arasında inkişaf edən qarşılıqlı əlaqələrdən, həmçinin bu yaxınlarda baş tutmuş Bolqarıstan səfərindən bəhs edib. Tərəflər arasında imzalanmış Anlaşma Memorandumunun insan hüquq və azadlıqlarının təmini istiqamətində əlaqələrin dərinləşməsinə töhfə verəcəyi bildirilib.

 

Görüşdə Azərbaycan Ombudsman təsisatının fəaliyyət istiqamətləri, yeni yaradılmış struktur bölmələri barədə qonaqlara ətraflı məlumat verilib.
Bununla yanaşı, Ombudsman Vətən müharibəsi dövründə Ermənistan tərəfindən törədilmiş beynəlxalq humanitar hüquq pozuntuları, habelə beynəlxalq ictimaiyyətin bu faktlar barədə məlumatlandırılması məqsədilə təsisatın həyata keçirdiyi araşdırma fəaliyyəti barədə ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, müharibə dövründə 7, daha sonra isə 3 faktaraşdırıcı missiya həyata keçirilib, nəticələrlə bağlı hesabatlar hazırlanaraq müvafiq beynəlxalq təşkilatlara ünvanlanıb.

 

A.Cumaliyeva Azərbaycan Ombudsmanına təşəkkürünü bildirərək, ölkələr arasında inkişaf edən əlaqələrdən danışıb. O, həmçinin iki təsisat arasında qarşılıqlı təcrübə mübadiləsi aparılması barədə fikirlərini bölüşüb, ayrı-seçkiliklə mübarizə sahəsində fəaliyyəti ilə bağlı məlumat verib.


Qeyd edək ki, səfər çərçivəsində bir sıra rəsmi görüşlərin keçirilməsi, Ağdam və Tərtərdə insan hüquqlarının pozulması faktlarının yerində araşdırılması nəzərdə tutulub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ABŞ Çin və Rusiya ilə rəqabətini kosmosa daşıyır 2 Dekabr 2021, 00:50 Əfqanıstan-İran sərhədində ATIŞMA 2 Dekabr 2021, 00:33 Bolqarıstan səfirliyindən başsağlığı 2 Dekabr 2021, 00:06 "Omikron" ştammı ABŞ-da 1 Dekabr 2021, 23:37 Türkiyədə koronavirusla bağlı son vəziyyət 1 Dekabr 2021, 23:23 Ombudsman İtaliyadadı 1 Dekabr 2021, 23:12 Qırğızıstan-Tacikistan sərhədində atışma 1 Dekabr 2021, 22:53 Tofiq Yaqublu xəstəxanaya aparıldı 1 Dekabr 2021, 22:46 Fərid Qayıbov medal qazanmış karateçilərlə GÖRÜŞDÜ 1 Dekabr 2021, 22:26 Makron Consonu təlxək adlandırdı 1 Dekabr 2021, 22:16 Bakıda yaşayış evində partlayış 1 Dekabr 2021, 21:56 Türk dünyasında PUA faktoru 1 Dekabr 2021, 21:35 Əməkdar artist əməliyyat olundu 1 Dekabr 2021, 21:22 Nigeriyada gəmi batdı - 29 ölü 1 Dekabr 2021, 21:14 Almaniyada bomba partladı - Yaralılar var 1 Dekabr 2021, 20:46 Laçın aeroportu bölgənin turizm potensialını artıracaq 1 Dekabr 2021, 20:32 ABŞ-da virusdan ölənlərin sayı 780 mini keçdi 1 Dekabr 2021, 20:23 NATO-dan Rusiyaya növbəti xəbərdarlıq 1 Dekabr 2021, 20:12 Meksika səfirliyindən başsağlığı 1 Dekabr 2021, 19:53 Türkiyədən Qarabağa daha bir dəstək 1 Dekabr 2021, 19:37 DİN: Tofiq Yaqublu ilə bağlı iddialar araşdırılacaq 1 Dekabr 2021, 19:30 Bu ölkənin ilk dəfə qadın prezidenti olacaq 1 Dekabr 2021, 19:25 ABŞ Yunanıstana hərbi sərmayələrini artırır 1 Dekabr 2021, 19:10 İran parlamentində YANĞIN 1 Dekabr 2021, 19:00 9 min manatı gömrükdən qanunsuz keçirmək istədilər 1 Dekabr 2021, 18:54 Serbiya səfirliyindən başsağlığı 1 Dekabr 2021, 18:48 "Buster" doza vurduranlar 1 milyona ÇATIR 1 Dekabr 2021, 18:42 Sağalanlar yoluxanlardan çoxdur - 28 nəfər öldü 1 Dekabr 2021, 18:36 Yaponiya Səfirliyi də başsağlığı verdi 1 Dekabr 2021, 18:30 Bakıda avtomobildən oğurluq - 10 min 1 Dekabr 2021, 18:24 Bərdədə güclü külək - Binanın damı uçdu 1 Dekabr 2021, 18:18 ABŞ səfiri Tərtərdə - FOTO 1 Dekabr 2021, 18:12 ABB-də cəmi 13%-lə kredit! 1 Dekabr 2021, 18:06 Yaralı zabit qəza anından danışdı: “Helikopter qəfildən yerə çırpıldı 1 Dekabr 2021, 18:03 Ceyhun Bayramov Mirzoyanla İsveçdə görüşəcək 1 Dekabr 2021, 18:00
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?