Modern.az

İbtidai sinif müəllimlərinə pensiya yaşında güzəşt olunacaq? - Rəsmi cavab

İbtidai sinif müəllimlərinə pensiya yaşında güzəşt olunacaq? - Rəsmi cavab

Təhsil

26 Oktyabr 2021, 12:06

Məktəbəqədər və ibtidai sinif müəllimlərinə pensiya güzəştləri nəzərdə tutulmayıb.

 

Modern.az-ın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru Mail Məmmədov deyib.

 

O bildirib ki, "Əmək pensiyaları haqqında" Qanuna mütəmadi olaraq dəyişiklik edilir:

 

"Sonuncu dəyişikliyə görə qanunda belə bir güzəşt müəyyən edilməyib. Bu məsələ ilə bağlı hansısa bir dəyişikliyin olması məsələsi hələlik gündəmdə deyil".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!