Modern.az

Daha bir prezidentin məzarı açıldı

Daha bir prezidentin məzarı açıldı

27 Noyabr 2012, 11:48

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, jurnalistlərin prosesi müşahidə etməsinə icazə verilməyib, məzar polis tərəfindən mühafizə edilib. Söhbət Fələstinin sabiq lideri Yasir Ərəfatdan gedir.

Y. Ərəfatın qalıqları yaxınlıqdakı məscidə aparılıb. Orada həkimlər cəsədin qalıqlarından nümunələr götürəcək və bu nümunələr rusiyalı, isveçrəli və fransız mütəxəssislərə veriləcək. Mütəxəssislər 8 il öncə vəfat etmiş Y. Ərəfatın ölüm səbəbini araşdıracaqlar. Ruslar və isveçrəlilər Fələstin hakimiyyət orqanlarının dəvəti ilə təhqiqata qatılıblar, fransızlar isə mərhumun həyat yoldaşının təşəbbüsü ilə Fransada qaldırılan cinayət işi çərçivəsində təhqiqatda iştirak edəcəklər. Araşdırma nəticəsində Y. Ərəfatın zəhərlənib-zəhərlənmədiyi müəyyənləşdiriləcək.

Y. Ərəfatın nəşi gələn həftə çərşənbə axşamı yenidən dəfn ediləcək.

Xatırladaq ki, Y. Ərəfat 2004-cü il noyabrın 11-də vəfat edib. Bu ilin yayında Qatarın “Əl-Cəzirə” telekanalı Y. Ərəfatın şəxsi əşyalarında “polonium-210” radioaktiv maddəsinin aşkarlandığı haqda xəbər yayıb. Bundan sonra təhqiqat başlanıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır